Etsy-də satış

Salam. Mən Etsy-də satış etmək istəyirəm. Etsy Payments bildiyim qədərilə Azərbaycan üçün keçərli deyil. Paypal da məlum məsələ. Başqa hansı üsullardan istifadə edə bilərəm ödənişin qəbulu üçün? Çox sağ olun.


Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(12:18, 12/11/2018 ) #73261

Tək seçənək var, o da 3-cü seçənək – yəni fərdi anlaşma ilə. Müştəri sifariş edir, siz də dərhal ona yazırsınız ki ödənişi məsələn western union ilə, payoneer ilə və.s. ilə edin (sizdə hansı ilə qəbul etmək mümkündürsə).
Təbii, bu konversiyanı xeyli aşağı salır, müştərilərin bir qismi etibar etməyərək bundan imtina edir – amma nə etməli, başqa yol yoxdur.
Ya gedib xaricdən business paypal açmaq gərək, ya da dediyim yollardan biri ilə kifayətlənmək gərək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:17, 12/11/2018 ) #73272

    Aha, çox sağ olun. Onda belə bir sual verim.

    Tutalım, Amerikada bir tanış öz adına PayPal hesab açır, ödənişlər o hesaba keçir və o da pulu mənə göndərir. Burdan bir neçə sual yaranır.

    1) Business hesabı olması vacibdir mi? Yəni, individualla alınmır Etsy və ya digər portallarda satış?
    2) Mən həmin PayPal hesabına Azərbaycandan daxil olsam, hesabı hansısa təhlükə gözləyər mi?
    3) Amerikada vergi məsələsi necə olacaq, bildiyim qədərilə gəlirin 30%-dir, hansı zaman intervalı ilə və hara ödəniləcək?

    Bir də bilirsiniz mənə nə maraqlıdı, PayPal Azərbaycana pul göndərmir deyirik. Burda əsas məna nədir? Tutalım, xaricdən PayPal vasitəsilə mənə ödəniş olunub. İndi bu pul mənim PayPal hesabıma gələcək, ancaq kart hesabıma (dolayısı ilə karta) keçməyəcək? Yəni, mən sırf o PayPal hesabımda olan büdcə ilə bu ödəniş üsulunu qəbul edən istənilən online store-dan shopping edə bilərəm mi? Ya ümumiyyətlə heç PayPal hesabıma da gəlməyəcək?

    Etsy-də satış üçün Payoneer hesabı açmaq istəyirəm. Onda mən company hesab açmalıyam bunun üçün ya individualla da alınır?

    Payoneer card üçün aylıq ödənişlər listində 2 ədəd “Monthly card account maintenance” bölməsi var, onların fərqini və trx məsələsini anlamadım doğrusu. Bu barədə məlumat verə bilərsiniz mi?

    https://imgur.com/a/HALM4TQ

    http://ayuda.workana.com/customer/en/portal/articles/1109522-costs-associated-with-payoneer-debit-card

    Çox sağ olun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:05, 13/11/2018 ) #73285

      Bunların hamısı haqda Etsy-nin help bölməsində cavab var.

      1. Personal da olar, business də. Sadəcə personalda həm limitlər çoxdur, həm də kredit kartı ilə ödəyə bilmir. Ancaq debit kartı ilə ödəyir. Amerikada isə kredit kartı daha çoxdur, nəinki debit.
      2. Personal olarsa bəli, hesab blok ediləcək. Business olarsa heç bir problem yoxdur.
      3. Onu artıq Amerikadakı tanışınız həll etməlidir. Yəni məsuliyyət onundur və siz buradan həll edə bilməzsiz. O gərək orada ya özü ya da mühasib ilə həll edə bu məsələni. Səhv etmirəmsə ildə bir dəfədir ödəniş. Bütün xərcləri çıxandan sonra yerdə qalan xalis gəlirin 30%i.

      “Tutalım, xaricdən PayPal vasitəsilə mənə ödəniş olunub. İndi bu pul mənim PayPal hesabıma gələcək, ancaq kart hesabıma (dolayısı ilə karta) keçməyəcək? ”
      Xeyr, tutalım hissədə yanlış var artıq. Sizə ödəniş oluna bilməz. Elə sizin emaili yazan kimi qarşı tərəfə error gələcək ki, mümkün deyil ödəmək bu şəxsə.

      “Etsy-də satış üçün Payoneer hesabı açmaq istəyirəm”.
      İndividual ilə də olar. Sadəcə dediyim kimi nəzərə alın ki, Payoneer birbaşa etsy-yə inteqrə olmayıb deyə bir çox müştəri imtina edir belə ödənişlərdən. Müştəriyə lazımdlır ki, ödəniş etsy-dən çıxmadan olsun.

      “Payoneer card üçün aylıq ödənişlər listində 2 ədəd “Monthly card account maintenance” bölməsi var,”
      İllik 29$ edir o maintenance-lərin cəmi. Bir karta 29$.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:40, 13/11/2018 ) #73288

Ətraflı cavabınıza görə çox sağ olun.

Payoneer individual accountda da PayPalda oldugu kimi kredit debit card məsələləri var?

Payoneer personal accountdan business accounta keçid mümkündür mü?

Bu Payoneer qeydiyyatını araşdıran zaman “Bu linkdən qeydiyyatdan keç, 25-35-50 dollar bonus al” təklifləri ilə qarşılaşdım. Bunlar nə dərəcədə real, legal və təhlükəsizdir?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

selef cavab verdi - Routerlə Repeaterləri fərqi nədir (11 saat əvvəl)

selef cavab verdi - Routerlə Repeaterləri fərqi nədir (11 saat əvvəl)

Emil- cavab verdi - Aliexpressdə Pulu necə geri qaytarmaq olar. (11 saat əvvəl)

Xalilov Ramil cavab verdi - Aliexpressdə Pulu necə geri qaytarmaq olar. (12 saat əvvəl)

Emil- cavab verdi - LG smart tv bizim kanallari tutmur. (20 saat əvvəl)

Emil- cavab verdi - Aliexpressdə Pulu necə geri qaytarmaq olar. (21 saat əvvəl)

selef cavab verdi - Komputer hissələri ucuz qiymətə hardan almaq olar? (23 saat əvvəl)

Namig cavab verdi - Paypal hesabıma pul göndərmək (1 gün əvvəl)

Namig cavab verdi - Paypal hesabıma pul göndərmək (1 gün əvvəl)

az-hosting cavab verdi - zmz 406 matora hansi yagi tokmek meslehetdir? (1 gün əvvəl)

Ruslan7 cavab verdi - Youtube Dünyaya pulu necə çatdırır? (1 gün əvvəl)

sshdeb cavab verdi - google indexdən url silmək (1 gün əvvəl)

E. Hacı cavab verdi - Peypala göndərilən puldan online alış veriş etmək olur ? (1 gün əvvəl)

Software Developer cavab verdi - google indexdən url silmək (1 gün əvvəl)

Software Developer cavab verdi - İOS telfondan ANDROİD telfona whatsapp məlumatın köçürülməsi (1 gün əvvəl)

E. Hacı - 584 xal

Software Developer - 583 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 218 xal

Sistemə daxil olmuş 20114 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018