Payoneer kartharda acmaq ve nece?

Salam, zəhmət olmasa deyərdiz. Men online kurs açmışam və Payoneer-lə ödənişləri qəbul etmək istəyirəm. Payoneer kart almaq üçün istənilen banka gedib Mastercard açıb edə bilərəm? yoxsa necə olur?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Turan_H (2018-11-15 15:43:33)
Tək bank hesabı qoşmaq kifayət deyil yazmısız. Payoneer-dən qeydiyyatdan keçdim. Başqa şəxsiyyət vəsiqəni təsdiq edirsən mən bilən. Başqa nə lazım olur zəhmət olmasa deyərdiz?

Turan_H (2018-11-15 14:45:12)
Tək bank hesabı qoşmaq kifayət deyil yazmısız. Payoneer-dən qeydiyyatdan keçdim. Başqa şəxsiyyət vəsiqəni təsdiq edirsən mən bilən. Başqa nə lazım olur zəhmət olmasa deyərdiz?

Turan_H (2018-11-15 14:29:31)
Üzr istəyirəm, onda yəni Payoneer kart sifariş etmədən (xaricdən) , Azərbaycanda istənilən bankda yalnız dollar (USD) hesabı açıb və həmin hesabı Payoneer internet saytında qeyd edib Bakıda nağdlaşdıra bilərəm pulu. Düz başa düşdüm? Və maaş kartı ilə də olmaz səhv etmirəmsə?! Yalnız dollar hesabı ilə.

E. Hacı (2018-11-15 14:25:01)
Bəli. Buradan Azərbaycan seçib baxa bilərsiniz. Tək bank hesabı qoşmaq kifayət edir. Maaş kartı yox, EUR və ya USD hesab açmaq lazımdır.

Turan_H (2018-11-15 14:16:06)
Üzr istəyirəm, onda yəni Payoneer kart sifariş etmədən (xaricdən) , Azərbaycanda istənilən bankda yalnız dollar (USD) hesabı açıb və həmin hesabı Payoneer internet saytında qeyd edib Bakıda nağdlaşdıra bilərəm pulu. Düz başa düşdüm? Və maaş kartı ilə də olmaz səhv etmirəmsə?! Yalnız dollar hesabı ilə.

Turan_H (2018-11-15 14:07:22)
Xeyr siz dediyiniz əvvəl idi. Payoneer hesabdır. Hesab açırsan və sonradan Payoneer hesabada olan məbləği Azərbaycanda açdırdığın istənilən bank kartına yükləyirsən. Azərbaycan kartı ilə də işləyir. Mənim tanışlarım online belə işləyirlər Payoneer ilə.

E. Hacı (2018-11-15 14:06:57)
Cavabımı yanlış anladınız bəlkə də. Əlbəttə xəbərim var Payoneerdəki köhnə və yeni qaydalardan. Sualınızda yazmısınız ki, "Payoneer kart almaq üçün" - bunun isə köhnə və yeni qayda ilə əlaqəsi yoxdur, payoneer kart yalnız və yalnız ABŞ-dan poçt ilə gəlir, başqa variant yoxdur. Payoneer kart əldə etmək yox, sadəcə Azərbaycan bank hesabına qoşmaq deyirsinizsə, bunun bank kartı ilə əlaqəsi yoxdur, bank HESABI ilə əlaqəsi var. Yəni istənilən bankda USD hesab açıb o hesabı qoşmaq olar Payoneerə. Mastercard Visa card və.s. heç bir fərqi yoxdur. Hətta banka gedib kartsız cari hesab da açıb onu qoşa bilərsiniz.

Turan_H (2018-11-15 12:40:29)
Xeyr siz dediyiniz əvvəl idi. Payoneer hesabdır. Hesab açırsan və sonradan Payoneer hesabada olan məbləği Azərbaycanda açdırdığın istənilən bank kartına yükləyirsən. Azərbaycan kartı ilə də işləyir. Mənim tanışlarım online belə işləyirlər Payoneer ilə.

E. Hacı (2018-11-12 12:15:05)
Payoneer kartı ancaq payoneer şirkəti verir. Online sifariş verirsiniz və ameriikadan sizə poçt ilə göndərirlər. 29$ da illik haqqıdır. Azərbaycan bank kartı ilə heç bir əlaqəsi yoxdur.