Əyani və Qiyabi təhsil

Salam. Əyani təhsilıə Qiyabi təhsil arasındakı fərqi bilmək istəyirəm.Bildiyim qədəriylə qiyabi təhsil 5ildir və 1il 6 ay əsgər gedirsən bu doğrudurmu yoxsa necə..Birdəki Sonda diplom alarkən əyani və qiyabi hansısa üstün olurmu?Ətraflı məlumat verərdiz zəhmət olmazsa

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Khalilova_Aygun (2018-11-14 17:54:52)
Salam...Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi : maddə 21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir. Bəli 5 ildir. Diplomda əyani və ya qiyabi təhsil alindığı haqda məlumat yazılmır.

Anonym247 (2018-11-14 17:11:56)
Salam. Əyani təshil növündə ali təhsil müəssinə hər gün gedirsiz və semestr sonunda imtahanlar başlayır. 15 həftə olur semestr. Qiyabi təhsil növündə isə təhsil müddəti hər semestr 5 həftə olur. Yerdə qalan 10 həftəni oxumursuz. Diplomda isə bu qeyd olunur adətən. Əslində elədə fərqi yoxdur. Heçbiri digərindən üstün deyil, ama adlı sanlı ixtisaslarda qiyabi təhsil olmur adətən.