İnvestAz və Forex

Salam hərkəsə. Mən İnvestAz və Forex şirkəti haqqında fikirlərinizi maraqlanmaq istiyirdim. Yəni Meta Trader 4-lə işləyən varsa aranızda. Tam bu sistemi bilmirəm məndə təzəliklə öyrənməyə başlayıram. İnvestAz Təlim hesabı açdım və bir iki alış-satış ettim və gəlir əldə etdiyimi gördüm. Ama təlim hesabı olduğunu və gəlirin belə asan əldə olunmasını sadəcə motivləşdirmə kimi anladım. Həvəsləndirmə kimi. Sizin fikirləriniz nədir? Bu iş gəlirlidirmi? Necə bu işi ətraflı öyrənə bilərəm? Bu dediyim şirkətlət etibarlıdırmı? Vəya özünüzün işlədiyiniz və sınadığınız baqşa şirkət varmı? Bu haqda məlumatı olanlardan məni də məlumatlandırmaqlarını xahiş edərdim. İndidən çox sağolun.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(12:11, 15/11/2018 ) #73320

Forex məsələlərindən birmənalı şəkildə uzaq durmağı məsləhət görərdim.

Forex-də uğur qazanmaq üçün bazarı yetərincə tanımaq, dəmir iradə (döyəclənmiş və bərkimiş), dəmir emosiyalar lazımdır – bu isə yeni başlayan bir traderdə heç bir zaman ola bilməz.

Pulsuz yaradılan DEMO hesabda iştirak edən əksəriyyət pul qazana bilir: burada heç bir fırıldaq yoxdur. İşin sirri odur ki, burada siz heç bir risk yaşamırsınız deyə emosiyalarınız, iradəniz və.s. işə düşmür. Ona görə də hər şeyi sadə rasionallıqla həll edə bilirsiniz.
1000$ demo hesabı 1 aya 2-3 min dollar edə bilərsiniz.
1000$ real hesab qoyub eyni qaydalarla onu da 2-3 min dollar etmək istəsəniz, böyük ehtimal 1 ay sonra əlinizdə cəmi 100-200$ qalacaq, 800ü uçub gedəcək.
Niyə belə olur, çünki DEMO hesabda sadəcə bir komponent iştirak edir
– Ağıl, məntiq, rasionallıq, intuisiya kimi şeylərin birliyi.
REAL hesabda isə iştirakçı sayı artır:
– Ağıl, məntiq, rasionallıq, intuisiya kimi şeylərin birliyi.
– EMOSİYA, İRADƏ – həyəcan, eyforiya, qorxu, panika və.s.

Məhz bu ikinci bəndin dəhşətli dərəcədə güclü olması nəticəsində DEMO hesabda uğur qazananların demək olar heç biri real hesabda bunu bacarmır. “Əşi yox, mənim əlimdə artıq pul var, onu itirməkdən qorxmuram, ona görə də həyəcan, qorxu , eyforiya, panika olçmayacaq məndə, qoy girim qazanım, eynən DEMO hesabdaymişam kimi davranacam da” deyirsinizsə, 100% zəmanətlə 1000$-i itirəcəksiniz.

Forex-də uğur qazanacaq şəxs o şəxsdir ki:
– trader olmağa qərar verir bir peşə olaraq. bu işin əsas məsələlərinin nə olduğunu öyrənir.(təcrübəli şəxslərdən məsləəhət, kitab oxumaq və.s.)
– əlində itirəcək artıq pulu var və qəti çəkinmir o pulun əldən çıxacağından.
– özünü bu işə tam həsr edir. ikinci əlavə gəlir mənbəyi olaraq yox, birinci iş olaraq yanaşır.
– havayı asan pendirin ancaq siçan tələsində olduğunu anlayır və dünyanın istənilən biznes sahəsində olduğu kimi burada da asan gəlirin olmadığını anlayır.
– bu işdə uğur qazanması üçün qaba desək dünyadakı yüz minlərlə traderin 50%-indən daha ağıllı olması gərək olmasının fərqindədir. Bu bazarda gəlir havadan gəlmir. Ya kimsə itirməlidir ki siz qazanasınız, ya da bazara yeni əmtəə daxil olmalıdır ki, ora kapital axını olsun və siz də onu əvvəldən alaraq bahalaşmasını gözləyib yatırılan yeni kapitaldan istifadə edərək qazanasınız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:34, 15/11/2018 ) #73332

    Özüm İqtisadiyyatda Mühasibat uçotu və audit oxuyuram. Yəni azda olsa ixtisasımın bu işlə əlaqəsi var. Üstəgəl işləmirəm. Əsas iş mənbəyim bu olacaq və böyük pulla yəni 1000dollarla deyil minimumla başlamaq istiyirəm. Mən bunları, riski və itirməyi və həmişə qazanmayacağımı nəzərə alaraq sualı verdim. Mənə etibarlı şirkət (yəni kimsə bu şorkətlə işləyib və problemi olmuyub) və bu sahədə daha çox təkminləşmək üçün mənbə göstərib kömək edəcək biri lazım idi. Bu dediklərinizi bilirəm və göz önündə bulundurmuşam.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:15, 16/11/2018 ) #73342

      Nəzəri olaraq bilməklə işin içində olmaq tamamilə başqa şeylərdir.
      İqtisadiyyat sahəsində oxumaq bu dediyim məsələlərdə heç bir avantaj vermir. Hətta təsiri sıfırdır deyərdim. Çünki iqtisadi və ya riyazi biliklər (fundamental və texniki analiz üçün) yalnız yuxarıda izah etdiyim birinci punktda köməyə çatır, məsələn DEMO hesabda işləyərkən. Real hesabla başlayanda bunun heç bir əhəmiyyəti qalmır.

      Sizin hazırda gətirdiyiniz əks-arqumenlərin hər birini əslində cavablamışam yuxarıda, görünür sadəcə inanmaq istədiyinizə inanmağı seçirsiniz.

      Mənim 10+ il təcrübəm var bu sahədə. İstər investaz, istərsə də xarici brokerlərlə. Ona görə də işin içindən sizə məlumat verdim.
      Onsuz da özünüz də itirərək bu nəticəyə gələcəksiniz və yadınıza düşəcək ki, sizə bunları demişdi bir nəfər, amma başlanğıcdakı qeyri rasional optimizim hissi imkan verməmişdi ki, deyilənlərə inanım.

      Yox e, bütün bunlara rəğmən yenə başlanğıc sualda israrçısınızsa, o halda, bəli investaz normal bir şirkətdir, işləmək olar.

      P.S. Bu hissəni isə sualı google-dan tapacaq başqa oxuyanlar üçün yazıram. Forex və birja haqqında yazılan məşhur “What I Learned Losing a Million Dollars” kitabında bir epizod var.
      Danışan şəxs yaş taxta alış-verişi (ingiliscə Green Lumber) sahəsində Traderlik edirmiş, yəni Forex-Trader proqramında valyuta əvəzinə yaş taxta qiymətlərinə yatırım edirmiş.
      Bu sahədə bütün incəlikləri öyrənibmiş (yəni forexə girən bir şəxs mən iqtisadiyyatı bilirəm deməsi kimi), odunlar haradan kəsilir, hansı mövsümdə hansı qiymətə olur, yaş taxta ilə quru taxta əsas fərqi nədir, onu kimlər alır, ondan nə düzəldirlər və.s. bir sözlə hər şeyi.

      Bütün bu biliklərlə trade etməyə başlayır və sonda böyük məbləğdə itki ilə bazarı tərk etməli olur. Çünki gözləmədiyi qiymət dəyişiklikləri baş verir. Paralel olaraq eşidir ki, bir tanışı bu işdən bir neçə milyon dollar pul qazanıb və hələ də qazanmaqdadır. Onunla söhbətləşmək qərarına gəlir və söhbət zamanı dəhşətli bir şeyi öyrənir:

      bu green lumber-dən milyonlarla dollar qazanan şəxs elə bilir ki, green lumber sözün əsl mənasında yaşıl taxta deməkdir, yəni yaşıl boya ilə rənglənmiş kəsilmiş ağac hissələri.

      Yəni alıb satdığı şeyin nə olduğunu belə bilməyən adam milyonlar qazanıb, bu işin ən dərinliklərini bilən isə itirib.
      Buradan bir az da araşdırma aparan müəllif sonda başa düşür ki: traderlikdə əsas olan əmtəə haqqında uzun uzun ensiklopedik bilgilər yox, məhz lazım olan bir neçə bilgilərdir. Məsələn bazarın özünü necə aparmasını hiss etmək (intuitiv) – bu bacarıqda olan şəxs iqtisadiyyata dair 1000 kitab oxumuş şəxsdən daha uğurlu olacaq əlbəttə ki.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:30, 16/11/2018 ) #73354

    .10 İl təcrübənizin olduğunu deyirsiz yəni bu işədəsiz. Bəs siz niyə ilk başdan imtina etmədiz davam elədiz? Mən itirməyidə gözə almışam, bütün gün ekonomi izləməyin, nə vaxt qiymətin düşüb – nə vaxt artacağını hiss etməyin lazımlı olduğun bilirəm. Anlamıram siz niyə mənim bu işə başlamağıma qarşı çıxırsız, bu işdə əksinə daha yaxşı olub işi daha yaxşı bil və itirməməyi öyrətmək əvəzinə. Mən indi təcrübəsiz sürətdə işə girəcəm vəya çox pul qazanacam demirəm. Mən əsas scalping tərəfdarıyam. Az-az qazanmağın. Əgərki imkan varsa ya burda yada hərhansı sosial şəbəkədə mənə məsləhətlərinizi verə bilərsiz? 10 İldi təcrübəsi olan birindən belə şeyləri öyrənməyi istəyərdim nəinki internetdə hərənin bəlkədə bu işdən başı çıxmayan birinin yazdıqlaını oxumaqdansa.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:19, 16/11/2018 ) #73355

      Daha dəqiqi 12 ildir təcrübə.

      mən ilk dəfədən sonra imtina etmişdim əslində eynən sizin düşüncədə başlayıb sonra başım ilk dəfə daşa dəyəndən sonra. sonra zaman keçdi və artıq məsələyə başqa cür baxmağa başlayanda hiss etdim ki bir daha şans vermək olar. Və ilk dəfəki yanaşmamın (az pulla girəcəm, itkimin limiti gözə aldığım məbləği keçməsin, günə 40-50$ tutub sonra çəkiləcəm kənara, stabil və kiçik gəlir mənbəyi kimi olacaq. Ancaq dəqiq siqnallarla hərəkət edəcəm, yuxarı risklərdən qaçacam və.s.) necə gülünc olduğunu gördüm.

      yəni istəməzdim ki, məsləhət soruşan başqa biri eyni bəsit səhvləri edə , çünki sizin hazırki köklənişiniz eynən tipik yeni başlayan köklənişidir. Etiraf belə etməsəniz, içinizdə “qarantili gəlir” ümidi var.

      Yuxarı riskli yüksək qazanc, yoxsa praqmatik yanaşma ilə kiçik kiçik qazanc və.s. – bunlar artıq strategiya məsələsidir və dediklərimə təsir etmir, onlar hər bir halda qüvvəsindədir.

      Və ən əsası, mən əsla sizə demədim axı siz bu işdən hər bir halda imtina etməlisiniz, bu mənim hüququma da daxil deyil, nə də ki, qazanma ehtimalınız olduğu halda sizə niyə deyim ki, girməyin bu işə.

      “Uzaq durmaq lazımdır” yazım o şəxslərə aiddir ki, bu işə başlayıb pul qazanmağa başlayacaqlarını ümid edirlər. Bu elə ən böyük yanılmadır. Forexlə pul, valyuta, biznes dünyasına atılanlar uduzmağa məhkumdur. Bu mənada bəli, hər bir şəxsə uzaq durmağı məsləhət görürəm.

      Sonra altında da ətraflı yazmışdım ki, kimlər üçün munasibdir, kimlər üçün yox.

      Daha loru dillə izah edim bəlkə fikrim aydın oldu:

      – Forexə çox kiçik məbləğlə girmək – iynə ilə dərə qazmaqdır. 99% ehtimal itirməkdir. 1% ehtimal da “bir il keçdi, stressli aylarla zəhmətin müqabilində məs. 20$ qazanc oldu. Bazarın real behaviourunu da öyrənməmiş oldum”.
      – Forex-ə girərkən daha öncə başqa işlərdən kafi miqdarda pul qazanmış olma böyük üstünlükdür. Bu zaman əmtəə, pul münasibətlərində yetərincə bişmiş olursan və məsələlərə daha rasional yanaşa bilirsən.
      – Forexə girərkən kütlə psixologiyasının, eyforiyanın , panikanın necə işləməsini bilmək lazımdır.
      – Ən əsas məsələ, Forexdə pul qazanmağın minlərlə ağıllı insandan daha ağıllı/təcrübəli ola bilmək demək olduğunu (eynən fizika düsturu kimi baxın buna: F1=-F2 filan) nəzərə alın. Real iş dünyasına atılmamış, kütlənin pul münasibətlərinə dair təcrübəsi olmayan bir hətta ən ağıllı tələbənin bu mənada şansı nə qədərdir onu hesablayın. Mənim təxminimə görə bu şans sıfıra bərabərdir.
      Və.s.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:30, 16/11/2018 ) #73357

    Anlıyıram sizi. Ama mənim fikrimcə artıq evdə boş oyun oynamaqdansa, forex sahəsini öyrənib bu işə girərəm. Əgərki real hesab dema hesabla eyni şeydir və sadəcə öz qoyduun bulu və şirkətin sənə türklərdə olan kaldıraç (1:100 vəya 1:200) verməsiylə yatırım edirəmsə azda olsa bu sahədə şansım var. Mən bura girib günə 1000 dollar qazanacam ümidim yoxdu. Mən 100 manatla başlamaq istiyirəm və günə 1 dollar belə qazansam mənim üçün böyük birşey olar. Azından sahənidə öyrənmiş olacam. Onsuz itki vermədən birşeyi öyrənmək olmur. Və siz hələdə forexlə məşulsuz? Hansı şirkətlə işləmək daha münasibdi? Bildiyimə görə özüm hesab açıb birbaşa girə bilmərəm şirkətin bun icazəsi olmalıdır. Əgər hələdə bu işdəsinizsə sizdən məni məlumatlandırmağınızı. Hansı şirkətlə işləməm lazımdı (Çox forex şirkəti var ama hansı daha etibarlı və güvənlidir pul qoymaq və çəkmək barədə və s.), forex haqqında daha çox məlumatı hardan edinə bilərəm, hansı saytlardan ekonomini izləyə bilərəm. çünki burda dəqiq məlumat və dəqiq analiz lazım olduğunu bilirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:05, 03/12/2018 ) #73527

Salam Sualın başlanğıcından anlaşılırki bu sahədə hələ yenisiniz, Əgər güvənli bir şirkət istəyirsinizs templerfxi məsləhət görürəm, o brokerdə böyük məbləğlər saxlayan tanıdıqlarım var yəni güvənlidi(üstünlüyü odur ki tutulan rüsumu templerfx özu geri qaytarır) İndi keçək əsas məsələyə əgər forexə başlamaq fikrin ciddidirsə, kiçik məbləğlə başlamağıvı məsləhət görərdim maksimum 50 dollar ilə, əgər bu 50 dolları 7-8 ay müddətində sl tp əmrləri istifadə edərək artıra bilsən onda artıq böyuk hesaba keçə bilərsən. Ancaq məsələ bu qədər bəsit deyil, sənin bir düşmənin var burda o da psixologiyandı. Nə qədər kitab oxuyursan oxu, iqtisadiyyat bil, hhisslərivə sahib çıxa bilmirsənsə heç vaxt qazana bilməyəcəksən. 4 ildi bu sahədəyəm, elə məndə sənin kimi 50 dollar zad qoyub başlamışam, düzdü müəyyən qədər qaldıra bilsəmdə bir müddətdən sonra yenə də itirmişəm qazandıqlarımı. Ona görə deyirəm nə edirsən et əsla böyuk məbləq yatırmağa çalışma bura, hələ bir 3-4 il səbr et, çox şey öyrənəcəksən burda, bazarın gerçək iç üzünü görəcəksən. Elə dediyim kimi 50 dollarla mikro lotlarla başla, yavaş yavaş artırmağa çalış, sl tp əmrlərindən mütləq istifadə et. Nə olur olsun stopsuz əməliyyat açma. İtirsəndə o pulu heç üzülmə o pula görə, çünki sənə böyuk bir təcrubə olacaq o itirdiyin. Öz təcrubələrimi fikirlərimi yazsam bir kitab yazı alınacaq burda, qısa olaraq gedəcəyin yolu göstərdim sənə, bu işi ya peşəkar olaraq məşğul olacaqsan, ya da heç məşğul olmayacaqsan. Hobby kimi görüləcək bir iş deyil bu.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (23 saat əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (1 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (1 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (2 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (3 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (13 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (15 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (15 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (15 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (23 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23233 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024