Girişi bağlanmış saytı açmağa kömək lazımdır

Salam. İşlədiyim şirkətdə facebook, yotube kimi saytların girişinə qadağa qoyulub. Men oturduğum komputerlə necə həmin sayta daxil ola bilərəm? Yəni hansı proqramlar mənə kömək edə bilər? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2018-11-24 22:20:32)
korporativ şəbəkələrdə bu tip bağlantılar asanlıqla blok edilir.

az-hosting (2018-11-23 22:49:46)
Tor browser yukle ve istifade et Link

E. Hacı (2018-11-23 15:31:06)
datacard və ya telefonunuzdakı USB tethering də istifadə edə bilərsiniz

Zodiak (2018-11-23 15:28:35)
proxy saytlarada girdim saytların çoxu açılmır. 1-2si açıldı. Onunlada daxil olmam mümkün olmadı. Operada da VPN - lə bağlı bir şey tapa bilmədim

Zodiak (2018-11-23 15:16:57)
Cox sagol. ama komputer stolustu du ve wifi si yoxdu

E. Hacı (2018-11-23 09:40:51)
Şirkət düz etmir belə qadağa ilə əlbəttə ki. Hər halda qayda odur, yaxşı olar ki əməl edilə. Məhdudiyyəti aşmağa gəldikdə isə bir neçə metodlar var: proxy ilə vpn ilə mobil internet ilə. ən təmizi normal paket mobil internet götürüb sizə lazım olan saytlara onunla girməkdir hotspot wifi yaradaraq. VPN və ya proxy icazəsi olmaya da bilər sizin şəbəkənizin konfiqurasiyasından asılıdır. Ən sərf konfiqurasiyalarda bu tip saytlara giriş mümkün olmur. VPN də blok edilir. Amma onlar blok edilməyibsə hər hansı VPN proqramı endirib qura bilərsiniz (məsələn Opera brauzerinin özündə var, pulsuz və nəsə proqram qurmadan) və yaxud da proxy saytlara girib oradan istənilən sayta girmək - bu bir az keyfiyyətsiz yoldur, saytlar bir az yanlış işləyə bilir javascript və.s. məsələlərə görə. Şəxsən mən sizin yerinizdə olsam və o saytlara girməm doğurdan da zəruri olsa, mobil internet wifi-i ilə edərdim

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Toxum sifariş eləmək qadağandı?

Qadağan olunmuş kitablar

Kompyuteri (Müxtəlif) saytlara girmeyi qadağan etdirmək

Azərbaycana təyyarə ilə Rusiyadan ətir gətirmək qadağandır?

3D Proqram Şirkətləri Proqramda Nəyi Düzəltməyə İcaze Vermir?

Stock İnsanlı Videoları Pornoda istifadə edərlərmi?