pdm-dən sifarişimi nece hansı sənədlərlə və hardan götürə bilərəm?

Salam. buradakı suallara baxdım hamsı demək olar ki Bakı üçün olanlar idi. Mən Gəncə şəhərində qalıram. Aliexpressdən telefon sifariş verdimş 24 noyabırdan gəlib. Əvvəllərdə sifarış veirirdim poçta gəlirdi zəng edib deyirdilər məndə alırdım. İndi bilirəm ki qaydalar dəyişib. Sifariş gəlib çatıb Bakıdadı. Mən indeks olaraq Az200olaraq qeyd etmişdim ancaq indi az9095 qeyd olunub. Sifarişimi necə götürə bilərəm. Hansı sənədlər lazımdır və mən Sifarişimi hardan götürməliyəm? Əvvəlcədən təş'kkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Zeko94 (2019-01-04 19:33:38)
Leyla xanım sizin bağlamanız gec çatdı yoxsa tez özünüzə?

Emil114 (2018-12-10 16:39:15)
24 noyabırda Sifarişim Bakıya çatdı. 28 noyabırda Bankdan çıxarış şexsiyyət vəsiqəsinin surəti və izləmə kodunu Gəncə mərkəzi poçtundan göndərdim. və nəhayət 10 dekabrda Telefon bağlaması gəldi özümə çatdı. Yəni deyirəm ki Bakıya getməyyə ehtiyac yoxdur. Sdəcə 155 qaynar xətti ilə elaqə saxlayın paketiniz gələcək.

Emil114 (2018-12-03 12:51:47)
Bəli bankdan çıxarış şəxsiyyət vəsiqəsinin surətini götürüb yaxılaşın poçt şöbəsinəş deyin göndərsinlər 9095-ə 1 manat rüsum alıb göndərirlər.

Leyla009 (2018-12-02 12:55:20)
Menimde telefonum ayin 24unen gelibdi mende cixarisi gondermisem mende gozluyurem

Ferromusulmanec (2018-12-01 23:14:47)
Salam aleykum.9095 e senedleri poctnan gonderirsiz?

Emil114 (2018-11-30 10:40:07)
Çox sağ olun. Getdim Gəncə mərkəzi Poçtdan soruşdum dediler Bakıya getməyə ehtiyac yoxdur. Dedikləri sənədləri 9095e göndərdim. Hələki gözləyirəm görək gələcəkmi ?

neo13 (2018-11-30 02:53:10)
Bankdan telefona ödədiyin pulla bağlı çıxarış, şəxsiyyət vəsiqəsinin kopyası və izləmə kodunu götürüb gedirsən 28 may metrosunun çıxışında dəmiryolu xəstəxanasının arxasında poçt daşıma mərkəzinə 1 manat 40 qəpik rüsumu ödəyib telefonu alırsan. Bundan əlavə bildiyim qədəriylə yuxarıda sənədləri məktubla PDM ə göndərəndə də telefonu rayon poçtuna yolluyurlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay-da saticı kimi mal satmışam, satıcı şıkayet edib pulunu geri alıb

Ali express

neft qaz mühendisliyi

Gence texniki kollec

Mağazadan alınan telefona İmei geydiyyat edilməsi bildirişi gəlib.

Aliexpressdən sifariş