Nigeriyaya telefon göndərə bilərəmmi?

Salam. Mən Nigeriyadakı şəxsə telefon göndərmək istəyirəm. Şəxsin lazımi bütün parametrlərini bilirəm - adı ünvanı post kodu və s. Bunun üçün ən yaxşı yolları deyə bilərsinizmmi. Və bu haqda kimdən soruşmalıyam?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Texnotexno (2018-12-01 15:46:11)
Həə çoxsagolun. Məndən bank hesabımın kodunu istədilər vermədim.

E. Hacı (2018-11-30 00:56:00)
Profesional dələduzlardır, əllərində çoxlu alətlər var internetdə olan elanları axtarıb tapmaq üçün. Düşünün ki bir günə 1000 adamla danışırlar, 990-nu aldada bilməyib, cəmi 10 nəfərini aldada bilsələr görün nə qədər pul edir. tap.az və.s. Azərbaycan dilindəki saytlardakı elanları belə tapıb əlaqə saxlayırlar, ki göndərin, pulu sizə bank və ya Western Union ilə köçürək

neo13 (2018-11-29 22:50:38)
nigeriya dünyada scamla məhşur olmuş ölkədi. ora heçnə göndərməyin. qardaş eyni hal mənim başıma gəlib elandakı nömrəmin whatsappına ingiliscə yazmışdılar ki göndər profildədə maşını zadını olan varlı neqr şəkli var idi. hamısı dələduzluq maşennikliklə məşğuldu.

Texnotexno (2018-11-29 19:45:51)
Çoxsagolun cavabınız üçün. Çox minnətdaram. Çox maraqlıdır ki, Bəs bu insanlar mənim elanımı haradan tapır belə

E. Hacı (2018-11-29 13:52:00)
Salam. Nigeriyaya telefon, kompüter və.s. satışları 99% hallarda dələduzluq ilə nəticələnir. (hətta 100% da deyə bilərəm) Elə bu saytda kiçik axtarış edib görə bilərsiniz. Western Union, bank və.s. yollarla ödəmə edəcəyini desələr də bütün edilənlər saxtadır və inandırıcı olması üçün öncədən hazırlaşılmış şeylərdir - yalançı çeklər, yalançı saytlar, yalançı sübutlar və.s. Ona görə də çox güman ki, sizdə də eyni durumdur. Pulu əlinizə götürmədən heç bir şey göndərməməyinizi məsləhət görürəm. Ki, sizin başa düşdüyünüzü görən kimi onsuz da o itbat olacaq, daha sizə yazmayacaq. Qaldı poçt ilə göndərməyə, istənilən poçt filialına yaxınlaşıb sənəd doldurub bağlamanı verib istənilən ölkəyə bağlama göndərə bilərsiniz. Yəni heç kimdən heç nə soruşmaq lazım deyil, sadəcə poçta gedirsiniz, vəssalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ev telefonuna aid sual

crazydeals.ae saytindan telefon alan olubmu?

Duas smartfonlar

Сертификаты probLemi

Çindən telefon gətirtməklə bağlı məlumat

Ən yaxşı processor