Bakıdan Alınan Xiaomi Və Çindən Alınan Xiaomi

Salam. Mənə çox maraqlıdır ki, nə üçün Çindən alınan Xiaomi və başqa telefonlar Azərbaycana Nisbətdə ucuzdur. (Yəni ölkəsi ora olmasına baxmayaraqda bu qədər ucuzluq çoxdur). Mən Aliexpress dən Xiaomi Redmi S2 almaq istəyirəm. Bakıda maraqlandım 400 Manatadır, Amma Aliexpress də 190 Manata. Bilmək istəyirəm ki, nə üçün aralarında bu qədər manat fərqi var. Yəni uzaq başı 50-60 manat fərq olarda. Ölkədən ölkəyə gəlmə haqqı. Amma çox fərq var. Deyirəm bəlkə Aliexpress dən gələnlər paddelka olurlar? Çünki Mən aliexpressdən Redmi 5 almışdım. Qutusu və telefonun üzərində olan məlumatlar içərisi arxasındakı yazılar hamısı Çin dilindəydi. Amma Bakıdan dostum almışdım. Bütün hamısı İngilis dilində. Yəni Aliexpress geydirmə mallar göndərmir ki? Birdə onunla telefonu eyni saniyədə açdık. Onun telefonu Mənim telefonumdan 5-6 saniyə tez açıldı. Bundan da şübhələnirəm. İstəyirəm biləm ki, Aliexpress bizi dolandırır mı?
Xahiş edirəm Bilən varsa cavablasın.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(11:54, 01/12/2018 ) #73492

Poddelka söhbəti yoxdur.

Bir neçə məsələyə diqqət edin, tam anlaşılacaq.

1. Aliexpress-də satılanın Global version olduğuna əmin olun. Global version deyilsə, deməli Çin versiyasıdır, o isə Çinin öz daxili bazarı üçündür deyə əlbəttə ki, global-dan ucuz olması başa düşüləndir. Satıcılar Çindən onu alırlar topdan qiymətlə, sonra qutunu açıb root edirlər, Play Store və.s. yazıb xaricə satırlar. (Amma heç kimi aldatmırlar, hər məhsulun səhifəsində satıcı aydın şəkildə yazır ki, bu global versiondur yoxsa deyil). Siz çalışın Global version alın, Çin versiyada update-lərlə, push notificationlarla bağlı ciddi problemlər yaşana bilir.

2. Tutaq ki, global versiondur və burada 400ə olan orada 200 azn-ədir.
Gəlin hesablayaq. 200 azn-ə gəldi bakıya, 36% rüsum və vergi tətbiq olundu, deməli satıcıya başa gəldi 272 azn-ə. Sonra 20 manat da imei. 292 azn.
Satıcı da üstünə 50-60 manat qoysa edəcək 350 azn. Deməli 350 azn-ə qədər satışı normal qiymətdir. Amma 400 bir az bahadır və üstünə çox qoyublar (əgər doğurdan da eyni mal global version Aliexpress-də 190-adırsa – mən şəxsən şübhə edirəm buna, çox güman ki aliexpressdəki global version deyil)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (5 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (13 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (31 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (39 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (44 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (52 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (56 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (58 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (58 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (60 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (66 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (66 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (66 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024