Bakıdan Alınan Xiaomi Və Çindən Alınan Xiaomi

Salam. Mənə çox maraqlıdır ki, nə üçün Çindən alınan Xiaomi və başqa telefonlar Azərbaycana Nisbətdə ucuzdur. (Yəni ölkəsi ora olmasına baxmayaraqda bu qədər ucuzluq çoxdur). Mən Aliexpress dən Xiaomi Redmi S2 almaq istəyirəm. Bakıda maraqlandım 400 Manatadır, Amma Aliexpress də 190 Manata. Bilmək istəyirəm ki, nə üçün aralarında bu qədər manat fərqi var. Yəni uzaq başı 50-60 manat fərq olarda. Ölkədən ölkəyə gəlmə haqqı. Amma çox fərq var. Deyirəm bəlkə Aliexpress dən gələnlər paddelka olurlar? Çünki Mən aliexpressdən Redmi 5 almışdım. Qutusu və telefonun üzərində olan məlumatlar içərisi arxasındakı yazılar hamısı Çin dilindəydi. Amma Bakıdan dostum almışdım. Bütün hamısı İngilis dilində. Yəni Aliexpress geydirmə mallar göndərmir ki? Birdə onunla telefonu eyni saniyədə açdık. Onun telefonu Mənim telefonumdan 5-6 saniyə tez açıldı. Bundan da şübhələnirəm. İstəyirəm biləm ki, Aliexpress bizi dolandırır mı? Xahiş edirəm Bilən varsa cavablasın.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-12-01 11:54:24)
Poddelka söhbəti yoxdur. Bir neçə məsələyə diqqət edin, tam anlaşılacaq. 1. Aliexpress-də satılanın Global version olduğuna əmin olun. Global version deyilsə, deməli Çin versiyasıdır, o isə Çinin öz daxili bazarı üçündür deyə əlbəttə ki, global-dan ucuz olması başa düşüləndir. Satıcılar Çindən onu alırlar topdan qiymətlə, sonra qutunu açıb root edirlər, Play Store və.s. yazıb xaricə satırlar. (Amma heç kimi aldatmırlar, hər məhsulun səhifəsində satıcı aydın şəkildə yazır ki, bu global versiondur yoxsa deyil). Siz çalışın Global version alın, Çin versiyada update-lərlə, push notificationlarla bağlı ciddi problemlər yaşana bilir. 2. Tutaq ki, global versiondur və burada 400ə olan orada 200 azn-ədir. Gəlin hesablayaq. 200 azn-ə gəldi bakıya, 36% rüsum və vergi tətbiq olundu, deməli satıcıya başa gəldi 272 azn-ə. Sonra 20 manat da imei. 292 azn. Satıcı da üstünə 50-60 manat qoysa edəcək 350 azn. Deməli 350 azn-ə qədər satışı normal qiymətdir. Amma 400 bir az bahadır və üstünə çox qoyublar (əgər doğurdan da eyni mal global version Aliexpress-də 190-adırsa - mən şəxsən şübhə edirəm buna, çox güman ki aliexpressdəki global version deyil)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AliExpress – Telefon IMEI

aliexpress disput

Aliexpress corona

Internet üçün sim, cin yoxsa nar?

aliexpressden bijuteriya

Aliexpressdən sifarişi imtina etdim