Şəxsiyyət vəsiqəsi göndərmək

Salam.Mən xarici saytların birində hesabı doğrulamaq üçün şəxsiyyət vəsiqəmin yanliz üz qabığını email vastəsilə göndərdim.Bu sonra mənə problem yaratmazki?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-12-01 18:09:57)
Konkret saytlar haqqında nəsə deyə bilmərəm, çünki tanımıram və eşitməmişəm. Sadəcə ümumi olaraq dedim ki, bu təsdiqləmə metodu geniş tətbiq edilir və adətən qorxulu heç nə olmur bu metodda.

ibrahim524 (2018-12-01 16:59:51)
Məqsədim mərc saytında hesabımı doğrulayıb, balansımda olan pulu çıxarış etmək idi.Saytin adı dinamobetdi.Necə güvənli olduğunu araşdıra bilərəm?Təxminən 1il üzərindən keçib,hələ də narahatam

E. Hacı (2018-12-01 16:47:39)
Çox güman ki yaratmaz. Amma hər yoldan keçən sayta göndərmək olmaz. Qarşı tərəfin hansı ölkədə, hansı şirkət adı ilə fəaliyyət göstərdiyini bilmədən, milyonlarla üzvü olduğuna və qanuni bir şirkət olduğuna əmin olmadan əsla sənəd göndərmək düzgün deyil. Sənədlə verification özü normal prosesdir, qorxulu heç nə yoxdur - sadəcə dediyim kimi, qarşı tərəf çox ciddi bir qurum olmalıdır, sıradan bir hansı şirkətə aid olduğu bilinməyən sayt və ya xidmət yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Yeni Şəxsiyyət Vəsiqəsi Aldıqda Fin Kod Dəyişirmi?

Alış-veriş edərkən şəxsiyyət vəsiqəsi və mobil nömrə tələb edən satıcılar

Şəxsiyyət vəsiqəsində h/m nədir?

Gürcüstandan necə sürücülük vəsiqəsi almaq olar?