saytda Azərbaycan hərfləri sual kimi gelir ama ama apachede yox

salam bu suali yeniden verdiyimə görə üzr istəyirəm lakin mən belə bir problemlə qarşılaşıram. nə etməyimi tövsüyə edirsiniz . Saytda Azərbaycan hərfləri əvəzinə mənasız sual və sairə gəliş. lakin localhostda bunlar yoxdu. maraqli.org . Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2018-12-01 12:52:38)
aha deməli encodingi də oradan düzəltməlisiniz. Bütün xanalar və table-lar utf8_general_ci edin, sonra da məlumatları yenidən daxil edin, çünki indikilər artıq korlanıb, düzəlməyəcək

yusif_9a (2018-12-01 12:36:11)
bunları mən phpmyadmin dən götürürəm.

E. Hacı (2018-12-01 12:11:25)
Bu artıq html encoding yox, database encoding probleminə oxşayır. bu məlumatları haradan götürürsünüz ? fayldan yoxsa mysql table-dan? mysql table-dan götürürsünüzsə, oradakı bütün mətn sütunlarının utf8_general_ci filan olmasına diqqət edin. Çox güman sizdə elə deyil. yox əgər fayldan götürürsünüzsə bu cavabdakı kimi oxuda bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

klaviaturada hərf kombinasiyanı dəyişmək

Saytda Azərbaycan hərfləri

ə Hərfi problemi

html-də Azərbaycan Hərfləri görsənmir

php də Azərbaycan hərfləri

Azərbaycan hərflərinə çevirmək