Note9 yoxsa XS max??

Salam.Mən yeni telefon almaq istəyirəm.Amma biraz tərəddüdüm var.Sizcə iphone XS max yoxsa samsung Galaxy Note9 məsləhətdir.Əslində özüm bu telefonların bəzi datalarını müqayisə etmişəm.Çox ciddi fərqləri yoxdu.Amma aralarında qiymət baxımından kifayət qədər fərq var.Qiymət fərqi iphone nin brend olması ilə əlaqədardır yoxsa hər hansı dataları samsungdan üstündü?və hansı telefonu seçsəm daha yaxşı olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ramanomerov (2018-12-07 13:21:12)
Hacı. Çox gözəl izah etmisiz. Sizdə olan bu məlumatlara heyranam.

ibrahim524 (2018-12-03 01:12:20)
Təşəkkür edirəm ətraflı məlumata görə.

E. Hacı (2018-12-02 23:56:12)
Hər ikisi yaxşı smartfondur. İkisi də yetərincə bahadır, XS 600-700 manat daha bahadır deyəsən. IOS və Android ayrı sistemlərdir deyə, ilk öncə sistem barədə qərar vermək lazımdır. Yox əgər sistem fərq etmirsə, o halda hə, telefonları müqayisə etmək olar. - Hardware baxımdan ikisi də çox güclüdür, donmayan, hədsiz sürətli işləyən smartfonlardır. - Prosessorları da bir birinə yaxın performansa sahibdir. - RAM Note 9-da daha çoxdur, amma bu hər hansı praktik üstünlük vermir. - Kamera ikisində də ideal vəziyyətdədir. Hansısa birini üstün tutmaq çətindir. DXOMARK reytinqinə görə (kamerada ən ciddi sayılan reytinq) XS 105 xala malikdir, Note 9 103 xal. Yəni demək olar eyni. Hazırda dünyada mövcud bütün smartfonlardan çoxdur bu 2 göstərici - tək istisna ilə. Dünyada ən yaxşı kamera 109 xalla Huawei P 20 Pro smartfonundadır. - ekran hər ikisində əladır, həm XS həm də Note 9 ekranı Samsung istehsalıdır (bəli, iphone-ların da ekranı Samsungun istehsalıdır). Note 9-da daha əladır, yan-yana tutub diqqətlə baxdıqda görmək olar. - funksional - hər ikisində müasir lazım olan bütün funksiyalar var. iphone-larda ənənəvi olan bluetooth olmaması filan isə həmişə olub, ona görə də onu ayrıca qeyd etmirəm. - aparat dizayn həlli - Çatışmazlıq kimi XS-də qulaqlıq yerinin olmamasını göstərmək olar. Ya gərək ayrıca pul verib "perexodnik" alıb nauşniki zaryadka yerinə taxasınız, ya da əlavə 330 azn ödəyib naqilsiz AirPods alasınız. Yəni, telefonu alıb evə gəlib onunla qulaqlıqla nəsə dinləməniz mümkün deyil - əlavə ödəniş ilə nəsə almaq hər bir halda mütləq zəruri olacaq - ya perexodnik, ya da AirPods. Note 9-da isə qulaqlıq taxma yeri də var, üstündə nauşnik də qutuda hədiyyə gəlir, və əgər gələcəkdə naqilsiz nauşnik istəsəniz, onu da dəstəkləyir. bir də iphone-da eybəcər sayılan hissə - notch var (ekranın ən yuxarı hissədə ekranı ortadan yaran kamera hissəsi) Note 9-dakı mənfi cəhət nədir düşünsək - iri ölçülərinə rəğmən künclərin bir az sərt olması (Galaxy S modellərində qıraqlar qövsvaridir, note-larda isə bir az sərtdir, düz bucaq şəklindədir) ələ oturma baxımdan öyrəşməyinizə bir az zaman tələb edəcək. - Bir də Note 9-da əvəzsiz bir üstünlük var, sehrli qələmi - bu sahədə dünyada ən yaxşı funksiyaya malik qələm Note 9-dadır və işgüzar insanlar üçün, rəsm və ya hər hansı sxem, cızma-qara etməyi xoşlayanlar üçün real karandaş effektli yeganə qələmdir. Beləliklə, yekunlaşdırsaq, şəxsən mən Note 9-ü üstün görürəm, birmənalı. Amma hər iki smartfonla müasir smartfonlarda ortalama hər kəsə lazım olan əsas özəlliklərin hamısı var və performans da hər ikisində ən üst səviyyədədir. Qeyd: XS-in niyə kəskin baha olmasının isə səbəbi başqadır, yəni brend məsələsi deyil. Səbəb odur ki, Apple-ın iPhone satışları 2015-ci ildən başlayaraq hər il 7-8% düşür, bu isə çox ciddi azalma deməkdir. Azalma həm də gəlirin azalması demək olar. Bunu isə dayandırmağın yolu sadiq alıcılara (Apple istifadəçilərinin əksəriyyəti sadiq kütlədir, kəskin desək, fanatlardır, nə qədər baha olur olsun, yenə də çalışacaqlar ki alsınlar) güvənib qiyməti daha da baha etməkdir. Ki azalmaya rəğmən gəlir nəinki sabit qalsın, hətta artsın. Buna hələ ki nail olurlar, gələcəkdə necə gedəcək bu iş, zaman göstərəcək.