original işlənmiş s7 hardan tapmaq olar

Salam, original problemsiz, əzik, cızıq olmayan işlənmiş samsung galaxy s7 telefonlarının qiymətləri minimum maksimum neçə azn arası dəyişir? İnternetdə (tap.az, lalafo.az) qiymətlərinə baxanda biri 255, 290 manata satır, digəri 400 manata satır. Qiymətləri niyə belə dəyişkəndi ? 255 manat, 290manata olan problemsiz dediyi s7-ni niyə o qiymətə satır? Sizcə işlənmiş telefon almağa dəyər yoxsa yox?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Emin95 (2018-12-06 21:09:32)
bunu ustalar daha yaxsi biler.esasen ekranin lentlerinde tehlukesizlik logosu ve firma logosu olur

Emil (2018-12-06 20:24:13)
anladım, təşəkkürlər

Emil (2018-12-06 20:23:41)
ekranın dəyişildiyini heç cür anlamaq olmur hə?

Emin95 (2018-12-05 21:10:04)
men bele dusunuremki ekrani deyisdiriblerse tez satilsin deye ucuz qiymete satillar.cunki deyiwilen ekran tez siradan cixir.

Maqa (2018-12-05 13:24:44)
Hər bir funksiya deyəndə mən bilmirəm siz nəyi nəzərdə tutursunuz. Misal üçün siz telefonun sahibinə deyə bilərsiniz ki, telefonu ver aparım usta açsın platasına və s. daxilinə baxsın əgər problemi yoxdursa alaram. Şəxsən mənə bu fikir normal gəlmir. Fikirləşirəm ki heç kim də belə bir şeyə razı olmaz. Belə xırlalıqlara da getmək mənasızdır. Mən xaricdən heç ismini belə bilmədiyim şəxsin istifadə etdiyi telefonu 3 ildir işlədirəm və deyim ki narazılığım olub cuzi. Ancaq işlənmişin adı üstündədir. Hər nə olsa problemi olur və yaxud sonralar yaranır

Emil- (2018-12-05 12:40:22)
Lalafoda qiymetler deyisiklidir ona goreki bizim camaat qiymet qoya bilmir yeni ve islenmis esyalar arasinda. Bezi malla evden magaza qiymetinde qoyub satirlar, hansiki o qiymete ele magazadan almaq olar..

Emil (2018-12-04 20:11:11)
usta hər bir funksiyasını yoxlaya bilir ?

Maqa (2018-12-04 17:50:10)
tək S7 yox bütün telefonlar dəyişkənlik göstərə bilir. Kiminin kefi istəyir o qiymətdə yazır. Ama əgər bir problemi yoxdursa deyirsə, yoxlayıb alanda biləcəksiniz problemi var ya yox. Alarkən gözlə görünə biləcək cızıq, barmaq izi və s kimi ffunkisayaları yoxladız, əgər qane etmirsə sizi bir usta yanına aparıb cuzi məbləğə yoxlada da bilərsiniz.