Unlocked yenilenmis telefonun IMEI Qeydiyyata ehtiyacı var?

Salam.mən AliExpressden unlocked yenilenmis telefon almaq istəyirəm.bu telefonun IMEI QEYDİYYATa ehtiyaci var?saticidan sorusmaq istedim nəsə başa dusmedi

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Nnnn (2018-12-08 16:19:29)
Hemin sexsde AliExpressden getirmibmis

E. Hacı (2018-12-08 16:17:53)
Səhv də deyə bilərlər, hər hansı anlaşılmazlıq da ola bilər və.s. Qayda çox sadədir, ölkəyə ilk dəfə telefon daxil olursa - o mütləq qeydiyyatdan keçməlidir. Bu qaydaya əsasən də bütün suallara özünüz cavab verə bilərsiniz. Mağazada satılanlar da qeydiyyatdan keçirilir - sadəcə onu mağazalar özləri edir deyə bəziləri elə bilir ki o telefonlar qeydiyyatsız birbaşa işləyir.

Nnnn (2018-12-08 15:37:38)
Basa dusurem ama burda bir defe yazdilarki unlocked iPhone alıblar qeydiyat istemeyib telefon eləcə isledib

E. Hacı (2018-12-08 15:28:18)
Sual daha əvvəl verilib dəfələrlə. Bəli, fərq etmir, işlənmişdir, təzədir, refurbisheddir, imei qeydiyyatı mütləqdir.