google indexdən url silmək

deməli, saytda bəzi URLlərin slug hissəsində qadağan olunmuş simvollar var - yəni səhvən olub - və google indeksləmək istəyəndə xəta olaraq göstərib bunları. İndi google removal toolla silinmə request göndərməliyəm yoxsa 301lə başqa səhifəyə yönləndirsəm yaxşı olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2018-12-18 13:40:04)
robots ilə icazə verilməyən URL-ləri də daxil edə bilərsiniz, o halda yığışdırar tədricən. və ya 301 redirect də qoya bilərsiniz. 404 də olar, sadəcə yaxşı olar ki, ya robots ya da 301 ilə həll edilə

sshdeb (2018-12-15 18:58:28)
Cavabınız üçün təşəkkür edirəm. GSC-a saytı əlavə eləmişəm, təsdiqlənib. Sitemap da təqdim etmişəm. Məsələ burasındadır ki, əvvəlki developer lazım olan yerdə nofollow tagı/metası istifadə etməyib, google lazım olmayan səhifələri də indeksləyib. İndi istəyirəm onları köklü şəkildə yığışdırım. Serverdən regexlə 404ə göndərə bilərəm amma əmin deyiləm doğru yol olduğundan. Siz nə düşünürsünüz bu haqda?

Software Developer (2018-12-15 16:05:37)
Bu uzun yoldur. Sayt sahibləri üçün başqa həll var -Google Search Console-a saytı əlavə etmək, təsdiqlədikdən sonra da nəyi istəsəniz qadağan etmək, qaydalar yaratmaq və ən əsası sitemap submit edərək Google-a demək ki ancaq bunları indexlə, başqalarını yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google indexləməsində problem

Saytım Google-da Çıxmır

Android Lüğət Proqramı (.apk)

Google Adsense haqqında

Chrome history-də naməlum saytlar

Google adsensedən birinci cəhddən məktubun düzgün ünvana göndərilməsi.