Youtube Dünyaya pulu necə çatdırır?

Deməli hamının xəbəri var youtubdan pul qazanmaq barəsində..Maraqlısı odur ki pulu dünyaya necə çatdırır milyarda yaxın istifadəçisi var .1 dollardan 100milyon istifadəçi hesablayanda hələ təxmini 100milyon dollar pul edir .eləsi var 10min 30min pul qazanır .bu pulu dünyaya necə çatdırır ümimiyətlə bu sistem necə dövr edir

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Ramazan (2019-01-07 17:10:19)
Cox sagol

Ruslan7 (2018-12-16 01:01:13)
Bir youtuber olaraq sənə deyimdə bu necədir youtube videohostingi google korporotiv şirkətinə ayiddir. Bu google korporotiv şirkətinin daxilində birçox şəbəkələr mövcudur. Burada Adwords deyilən bir şəbəkə reklam alır və satır yəni reklamı təklif edən bu şəbəkəyə təklif edir şəbəkədə paylaşır həm videohosting üzərindən həmdə sayt üzərindən. Bundam başqa Adsens şəbəkəsidə müəyyən uyğun olan youtube kanalarına və saytlara reklamın öz kategoriyasına uyğun olaraq paylayır və bu reklamlar kimlərin hazırladığı video və ya saytlarındaki bloglarda görünürsə stifadəçilər tərəfindən klikləndiyində həmin akkauntun sahibinə adsens avtomatik odəyir. Və qaldıki gəlirlərə saytları deyə bilmərəm ama youtube gəlirin 45% götürür stifadəçilər 50% yəni youtube dünyadaki butün youtuberlərlə yarıba yarı qazanır. Youtubedədə indi pul qazanmaq üçün 2018 ci ilin fevral ayının 14 dündən yeni qərarla 1000abunən və il ərzində videolarıva 4000saat baxılmalıdı bundan sonra pul qazanma aktiv olur. Bu qədər məsələ aydındırsa zəhmət olmasa qiymətləndirin

SadiqHuseynoff (2018-12-14 19:17:55)
Reklam verənlərin pullarıdır müəyyən hissəsini özü götürür geri qalanını reklam yayımçılarına paylayır. İtirdiyi birşey yoxdur əksinə qazanır.

Emil- (2018-12-14 12:07:38)
Pulu sistem avtomatik odeyir. Istifadeciler qazanan pulun 30% yutubundur 70% istifadecilerindir.

E. Hacı (2018-12-14 01:11:56)
Salam. Youtube istifadəçiəlrə pul ödəmir axı - onu kim dedi ki? Youtube publisherlərə pul ödəyir, yəni videoları yaradanlara. O da hər adama yox, kimdəki videolarında view sayı minlərlədir, milyonlarladır - məhz onlara. Məsələn 1 milyard aylıq istifadəçisi varsa youtube-un, pul ödədiyi hesabların sayı bir milyon ola ya olmaya. Yəni 1000-də 1-dən də aşağı. Qalanlara isə heç bir qəpik ödəmir. Pulu da reklamdan qazanır, 30%-ni özünə götürür, 70%-ni isə paylaşdırır populyar kanalların sahibləri arasında.