Facebook-da doğum günü bildirişi haqqında

Salam. Sualım facebook-da doğum günü tənzimləməsi ilə əlaqəlidir. Mən haqqımda olan məlumatlarda doğum günümü və ayı hamıya açıq göstərmişəm tənzimləmədən amma doğum ilimi isə qapalı saxlamışam yəni ancaq özüm görə biləcəyimi seçmişəm tənzimləmədən. Facebook-da əsas səhifədə, yəni paylaşımlar olan yerdə sağ tərəfdə ad günü olan insanlar və neçə yaşları tamam olunduğu görünür çünki təvəllüdlərini açıq göstəriblər tənzimləmədən. Bilmək istəyirəm ki mənim ad günümü də görə biləcək həmin gün dostluğumda olanlar? Mən doğum ilimi qapalı saxlamışam amma gün və ay açıq olduğuna görə buna görə bilmək istəyirəm ki, doğum günümdə dostluğumda olanlar biləcək ad günüm olduğunu? Əslində görünməsini istəmirəm, sadəcə olaraq doğum günümü və ayımı göstərmişəm, ilimi isə qapalı saxlamışam. Həmçinin facebook-da əsas səhifədə sol tərəfdə doğum günü siyahısında, qarşıdan kimlərin doğum günləri gəlir görünür və neçə yaşları olacaqları da həmçinin, bilmək istəyirəm, mən tənzimləmədən seçimi qeyd etdiyim kimi seçdiyim üçün mən necə görünəcəm orda? Buna görə sual yazdım burda. Zəhmət olmasa bilənlər cavab yazsın, təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Galaxy (2018-12-23 18:19:25)
Aydın oldu, çox sağ olun.

E. Hacı (2018-12-23 14:42:52)
nəyi public etmisinizsə onu da görəcəklər. Doğum ay və günü publicdirsə, başqaları görəcək ki doğum gününüzdür, neçə yaş olmasını görməyəcəklər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook`a girmir – Your account has been disabled

Facebookdan telefonuma mesaj gəlmir

Facebook reklamının göstərilməməsi

Facebook-u digər sosial şəbəkələrə bağlamaq

Facebookda yalnız Azərbaycanı seçmişəmsə

facebook albom yükləmək