Laptop almaqda məsləhət

Salam. Laptop aımaq istəyirəm hazırki laptopum daha köhnəlib. Gözüm Acer Predator helios 300 tutub. Amma amlaqda bir az çəkinirəm. 10 ilə yaxındırki Dell istifadə edirəm ona görə. Almağa dəyərmi? Linkdə bütün paramterlər var.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Orxan Mirili (2019-01-06 07:31:05)
Ödənişi götürəndə yerində, dükanda edəcəm. Qiyməti elə 1105 €. Saturn başqa ölkəyə göndərmir. Göndərişlər ancaq Almaniya içidir.

Tamerlan Mammadov (2019-01-05 11:24:59)
Ödəməni necə elədin bizdə 18% vergide var. Neçeye başa geldi mende almaq isteyirem prosda euroyla baha çıxır 1000$ dan yuxari her 100 dollara 36 dollar vergi verilmelidir deyesen

Orxan Mirili (2019-01-04 17:41:28)
Dükandan alacaqdım Dell başqa modellər vardı bu model yox idi. Ona görə saytından sifariş verdim. Elə Saturnun öz dükanına gələcək.

Tamerlan Mammadov (2019-01-04 17:37:59)
Internetten almirsız ki mende internetten almaq üçün deyirem

Orxan Mirili (2019-01-04 17:27:54)
Saturn dükanında yoxdu sifarişlə gətirirlər. Başqa deyəndə başqa laptop ya dükan?

Tamerlan Mammadov (2019-01-04 17:24:20)
Bu saytdan almisan? Basgasi var?

Orxan Mirili (2019-01-04 17:23:08)
Hə. Gələn həftə gələcək gedib götürəcəm.

Tamerlan Mammadov (2019-01-04 10:00:34)
Almanyadan?

Orxan Mirili (2019-01-04 04:48:53)
Tamerlan Mammadov oyun üçün istəmirdim. Artıq bu laptopu aldım. Cavabın üçün təşəkkür edirəm!

Tamerlan Mammadov (2019-01-02 13:10:24)
Oyun oynayacaqsansa laptop alma. Predator yaxşıdı ama men Acer Nitro 5 Almıştım oyun üçün olmadığlarını gördüm düzdü oynadır problemsiz ama ultrada oynaya bilmirsen GTX1050 4gb versiya ilə core falanda normaldı i7 7700 HQ. Yəni ultra istəyirsənsə alma bele ne qeder istəsən oynadar.

Orxan Mirili (2018-12-25 14:24:24)
Cavab üçün təşəkkür. Fərqli olur. Mənim üçün ideal markalar Dell, Sony və Ienova'dır. Üstünlük həmişə Dell-ə vermişəm və yanılmamışam. Amma bu Acer isə bir şeytan kimi az qala fikrimdən döndərəcək məni. :) Alım ya yox deyə qərarsız qalmışam.

E. Hacı (2018-12-25 11:58:09)
Hər bir markadan bəyənənlər olur bəyənməyənlər olur. Şəxsi təcrübəmdə ən çox problemlə HP-də qarşılaşmışam. Ən problemsizi isə ASUS olub. Ətrafımda və özümdə kimdə olubsa, hamı razı qalıb. Hazırda isə Lenovo işlədirəm və ideal bir laptopdur. Lenovo işlədən tanışım da çoxdur, hamısı razıdır. Acer də işlətmişəm 3 il, ciddi problemi olmayıb. Dediyim kimi, yaxşısı olur pisi olur, amma ümumi ranking baxımdan ASUS ən yaxşı sayılırdı mən ən son araşdırdığımda

Orxan Mirili (2018-12-25 10:44:36)
Cavab üçün təşəkkür. Mən də Dell-dən başqa komputer tanımıram açığı :) Amma bu predator-un parametrləri və qiyməti cəlbedicidir. Bu parametrdə Dell çox bahadı. Risk etmək istəyirəm. Biımirəm necə olacaq. Dəyərmi sizcə risk etməyə?

Tamerlan Mammadov (2018-12-24 21:29:08)
Aceri pisləyirsiniz ama mən də uje 6 il olacaq işləyir, özüdə gündə ən azı 15 saat. Hələ yarı yolda qoymayıb mən də Türkiyədən almaq istəyirəm prosda kargo ilə göndərsələr nə qədər vergi verməli olaram?

selef (2018-12-24 18:55:02)
Acer məsləhətli firma deyil

az-hosting (2018-12-24 16:14:10)
salam , bu laptop gamer üçün yaxşıdır. Acerr - Dell müqayisəsində isə DELL i seçərəm. Çox keyfiyyətli və xarab olmayan laptopdu)) 6 ildir mən inspiron n7720 işlədirəm demək olar günün 20 saatı aktiv olur batareykası təzə xarab olub başqa əl dəyməyib hələdə)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Acer kompyüterləri hansı ölkədə istehsal olunur?

Kompüterimə yeni monitor qoşmaq istəyirəm.

Bu kompyuter necədir?

windows 10-un yenidən aktivləşdirilməsi

Notebook seçimində kömək

Notebook seçiminə kömək