Smm nedir?

Smm nedir? Bu haqqda internetde yaxşı məlumat tapa bilmedim.. Hamsi sethi melumatlardir.. Yeni, bilirəm, sosial sehifelerin yonlendirilmesi reklami filan.. Amma sirf onun nə etdikleri.. Smm xidmeti nedir onunla ətraflı məlumat almaq istəyirəm

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2018-12-24 16:02:58)
İnternetdə səthi deyil məlumatlar, bütün dərinliklərinə qədər var, çox güman ki ya axtarış etməmisiniz, ya da düzgün axtarış kəlmələrindən istifadə etməmisiniz. Adicə wikipedia belə bəs edər. SMM - Social Media Marketing - yəni Sosial Media vasitəsilə biznesin marketinq işlərinin aparılması. Marketinq isə daha geniş termindir - Məhsulun və ya xidmətin yaradılmasının, inkişafının, alıcılara təqdim edilməsinin, alıcılarla qarşılıqlı əlaqələrin şirkət üçün ən faydalı olacaq şəkildə təmin edilməsinin birgə formada planlanmış fəaliyyətine deyilir. Daha qısacası: Marketinq, maksimum gəlir götürmək niyyəti ilə alıcıların bazar tələblərinin ödənməsi üçün göstərilən fəaliyyət növüdür. Konkret SMM terminində işlədilən marketinq sözü əsasən yuxarıda saydıqlarımın hamısını yox, bir qismini əhatə edir. - Müştərilərlə əlaqənin qurulması (sosial şəbəkə üzərindən ünsiyyət və sual-cavab) - Məhsulun və ya xidmətin tanıdılması. (Məhsulların qəşəng dizayn edilmiş posterlərlə dərc edilməsi, tanıtımı, aksiyalar endiirmlər və.s. haqda xəbərlər və.s. Eləcə də reklam alətlərindən istifadə edərək mümkün qədər ucuz qiymətə effektiv ödənişli reklam edilməsi fəaliyyəti) - Müsbət imicin formalaşdırılması. (kreativ olmaq, insanlarla müsbət və operativ formada rəftar edib müştəri məmnuniyyətini təmin etmək və.s.)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompyuterim media fayllarını açmır

AZ9095haradır

Classic Media Playerə dair sual

Azərbaycanın sosial şəbəkəsi.

modemlərlə wifi sahibi ilə kompüter əlaqəsi

Tumblr`a sosial şəbəkə iconları