Salam. Mə online mal sifariş etmişdim və mal defektli gəlib çıxdı. Satıcı ilə əlaqə saxladım satılan mal not aviable statusuna keçmişdi deyə həmin satıcı digər daha ucuz və oxşar mal göndərdi. Mənə pulun qalan hissəsini ödəmək üçün paypal hesabı istədi. Mən paypal hesabım olmadığı üçün yeni hesab açıb kartımı əlavə etdim. Bilmək istərdim ki paypal hesabımı versəm satıcı mənə qalan pulu qaytara bilərmi? Və həmin pul karta oturmasa belə başqa sifarişlər edə bilərəmmi? Eşitdiyimə görə paypal Azərbaycanda birtərəflidir. Buna görə paypal hesabıma pul oturacaq yoxsa? Zəhmət olmasa köməklik göstərərdiniz.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Mümkün deyil.
Belə etmək olar, sifarişin zəmanət müddəti bitməyibsə, o sizə pulu tam geri qaytarsın, siz də pulun yarısını onun paypalına ödəyin – nəticədə eyni şey alınacaq və məsələ də həll olacaq
0
İstərdim amma zəmanət müddəti təəssüf ki bitib.
1
Onda ya başqa bir mal göndərməsini də istəyin ki ödəşmiş olasınız. Başqa asan yol təəssüf ki yoxdur.
Ya da məbləğ iridirsə satıcıya təzyiq edib Western Union ilə göndərməyə məcbur edin
0
Anladım. Çoxsağolun
Sual verin
Cavab verin