Amerikadan mal almaq

Salam. Qiyməti 1000 $ dan çox olan (1100$) notebook almaq istəyirəm. Amazon saytındadır elan. Mənə bunu Azərbaycana gətizdirən şirkət adı deya bilərsiz zəhmət olmasa? ABŞ-da anbar bazası olan şirkət lazımdır. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2018-12-28 19:33:58)
necə yəni nömrələri yoxdur? camex.az-da telefon təqdim edilib və zənglərə iş vaxtı cavab da verirlər. cOmex.az isə ilk dəfədir sizdən eşidirəm. camex-də heç vaxt 400-500 söhbəti olmayıb. dövlətin qanunu 1000$ limiti qoyub, bütün şirkətlər də ona əməl edir, heç biri özündən rəqəm qoymayıb, hamısında eynidir

Basat (2018-12-28 16:35:47)
Comex.az instagram səhifəsində dedilər mənə. Maksimum 400-500$ . Belə nömrələridə yoxdurki tam dəqiq soruşaq. Amma indi yazdığınız kangoexpress ilə əlaqə qurdum onlar gətirir. Sabah gedib yerindən sifariş edəcəm

E. Hacı (2018-12-28 15:10:51)
Elə bir şey yoxdur, hamısı 1000$a qədər problemsiz gətirirlər. 1000$-dan baha olanda gətirirlər. Prosedur hamısında eynidir, sizə yox, gömrüyə təhvil verirlər, aeroportdakı gömrükdən özünüz gedib götürürsünüz. və ya özünüz getmək istəməsəz, tələb olunan rüsumu və əlavə olaraq da 30 manat filan verirsiniz bunlara, sizin üçün gömrükdən keçirirlər, rüsumu banka ödəyirlər və.s. gətirib sizə təhvil verirlər. Şaiyələrə yox, hər bir xidmətin saytında yazılan dəqiq rəqəmlərə etimad etmək lazımdır.

Basat (2018-12-28 15:06:29)
Təşəkkürlər. Mover.az və digərini araşdıracam. Nəticəni yazacam . Camex.az əvvəl demişdim. Maksimum 500$ kimi malları gətirirlər.

E. Hacı (2018-12-28 14:28:47)
camex.az, mover.az, kangoexpress.com və.s. çoxdur şirkət. Hansı ilə istəsəniz gətirə bilərsiniz. Şərtləri, qanunvericilik və limit və.s. artıq o saytların özündən tanış ola bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtube kanalina aid sual

Türkiyədən kitab sifariş etmək

məktub catmasi

Wifi tapmayan notebook

Sürücülük vəsiqəsi üçün dövlət rüsumu

Azərbaycana təyyarə ilə Rusiyadan ətir gətirmək qadağandır?