Namaz vaxtları SMS ilə şəhərlər üzrə ödənişsiz xidmət

Salam. Sualım namaz vaxtları üçün pulsuz SMS xidmətinə qoşulmaq üçün hansısa sayt haqqındadır. İnternetdə əvvəl görmüşdüm belə bir saytın olması haqqında amma indi həmin sayt yoxdur. Və axtarışda tapa bilmədim. Əgər tapa bilmədiyim belə bir sayt varsa yazardız bura linkini zəhmət olmasa. Yəni elə sayt ki, həmin saytda mobil nömrəmi qeyd edərək, yaşadığım şəhəri seçərək xidmətə ödənişsiz qoşula bilim. Təkcə xidmətə qoşulmağı nəzərdə tutmuram, yəni qoşulduqdan sonra göndərilən namaz vaxtları üçün də pul tələb olunmasın, ödənişsiz olsun bu mesajlar. Bilənlər yazsın mümkündürsə, təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Anar96 (2019-01-09 14:16:20)
Niyə hirsli bir tərzdə reaksiya verirsinizki?! Burda sizi tənqid və təhqir edən yoxduki. Sual yazmisiz ve hami sizin suala hörmətlə yanaşaraq, yəni sayaraq öz fikrini cavab olaraq yazır sizin sualınıza. Siz de öz növbəsində bizim suala cavab verin: Hal-hazırda 10 larla rahat ve əlverişli app'lerin olduğu zamanda niyə məhz sms'ə üstünlük verirsiniz?! Deyin biz de bilek. Bəlkə elə həqiqətən də sms xidmətində nəsə bilmediyimiz bir üstünlük var?

Galaxy (2019-01-02 23:19:28)
SMS xidməti varsa proqram yükləmək istəmədiyimə görə burda sual yazmışam. Bəli məqsəd namazın vaxtlarını bilməkdir, başqa nə ola bilər ki məqsəd? Əvvəl internetdə görmüşdüm bu haqda amma indi həmin saytı görmədim, bu kimi sayt var indi soruşdum, bilmədiyinizə görə yazmağa məcbur deyildiz əlbəttə ki. Yenə də sağ olun.

selef (2019-01-02 06:14:12)
sms sizn nəyinizə lazımdır ki? onsuzda vaxt çatanda proqram özü azan oxuyurda. əsas məqsəd namazın vaxtını bilməkdirsə proqram xəbər verirdə

Galaxy (2019-01-02 01:09:49)
Salam. Saytların və aplikasiyaların olduğunu bilirdim, SMS xidməti yoxdur yəni?

selef (2019-01-01 16:35:59)
https://www.islamicfinder.org/athan/ hem android ios windows pc https://www.islamicfinder.org/athan-windows/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php mesaj

Subliminal mesajın cəzaları

Mesajın oxunma xəbərdarlığı

SMS məlumatlandırma

facebookda ismarıc deaktiv

Telefonda mesajin berpasi