Xaricdən telefon sifariş edib, geydiyyat etməmək olarmı?

1. Salam. Ebay və Aliexpress kimi saytlardan smartfon sifariş edəndə bildiyimə görə gömrükdə saxlanılır. Ora gedib qiymətdən asılı olaraq 50-60 azn ödəyib, telefonu alırsan. Sualım budurki, bəs əgər mən imei kodu geydiyyat etmək istəmirəmsə hələ, yenədə rüsümü ödəməliyəm ? 2. Sonra bir sualımda var From,ae barədə. Ordanda telefon sifariş edəndə poçtan telefonu alıb, sonra 50-60 azn rüsüm ödəməlisən ? Çünki hesabladım, telefonun qiyməti + çatdırılma19$ + rüsümda ödəsəm, elə Bakıda mağazada satılan telefonlarla eyni giymət alınır.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-01-02 18:35:12)
imei ona görə lazımdır ki, o telefonun qeydiyyatda olub olmadığı bilinsin. bir telefonda 2 kart və 2 imei varsa da yenə də 1 ödəniş edilir. (əvvəllər qeydiyyat 5 azn olanda, bu qayda fərqli idi). yəni imei-nin heç bir əhəmiyyəti yoxdur, sadəcə bilinməsi üçündür ki hansı telefon qeydiyyata alınıb, hansı yox. 5 azn söhbəti indi ləğv edilib, sadəcə telefona görə rüsum qaydası var. Qaldı tərifləməklərinə - faktiki budur ki, sizə cavab vermirlər, demək ki hazırda nəsə alası olsanız yenə də heç nə etməyəcəklər. Ən yaxşısı gözləyin, nə vaxt sizə cavab verərlər, deməli işləməyə başlayıblar və sifariş edə bilərsiniz

Emil- (2019-01-02 17:58:03)
rüsum isə imei-ə görə yox, telefona görə alınır. bəs onda imei kod daha qeydiyyat etmək lazım deyil ki, yoxsa onada ayrıca ödənış olunur ? Yəni rüsüm 50 azn +5 azn imei üçün ?

E. Hacı (2019-01-02 17:54:01)
1. Elə bir seçim yoxdur, ödəməlisiniz. imei sadəcə qeydiyyat üçün identifikatordur, rüsum isə imei-ə görə yox, telefona görə alınır. 2. from.ae-dən alanda da poçtdan ala bilmirsiniz, yenə də PDM-dən gedib alırsınız. İstənilən tip online sifariş zamanı telefonlar eyni yerə göndərilir, PDM-ə. Oradan da gedib ödəyib götürürsünüz. Rüsum bu halda da ödənilir yəni.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

From.ae -dən iphone 6 plus 128 gb

Ölkəyə gətirilən Motorsikletlərin qeydiyyatı qaydaları. (rastamoşka)

aliexpress.com dispute

Asendia ilə Amerikadan nəsə gətirən olub?

From.ae track kod

ebay disput