Ebayda mal satmaq

Salamlar hərkəsə. Öncəliklə bu saytı yaradana ve saytda rəhbərlik edən istifadə edən hərkəsə təşəkkürümü bildirirəm. Sualımla bağlı burda axtarış elədim bir çox şey öyrəndim. Amma bilmədiyim bir neçə qaranlıq suallarım var. Ebayda bir şeyi satmaq üçün ən əsası PayPal-ın olmalıdır. Bildiyim qədəri ilə xaricdə. Mənim xaricdə tanışlarım var. PayPal-ın qeydiyyatı xaricdə olmalıdır ki? Yoxsa necə? Mən onlara nə deyim? Xaricdə PayPal-ı olmağı anlamadım :( Çox xahiş edirəm mənə köməklik edərdiz bu malları sata bilim Qeyd: Əgər kimsə ebay-da mal sata bilibsə yada hal-hazırda satırsa mənə desin. Çünki satılacaq 3-4 malım var. Dəyərli mallardı. Azerbaycanda elə də istifadə edilmir. Malın özü PLC hissəsidi və özü

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

37nur (2019-01-07 14:27:59)
Anladım) təşəkkür edirəm. Allah razı olsun sizdən

Tamerlan Mammadov (2019-01-07 14:17:45)
Bəli

37nur (2019-01-07 14:14:14)
Cyprus yəni Kipr? Kiprda qeydiyyatdan keçmişdiz PayPalı?

Tamerlan Mammadov (2019-01-07 13:46:31)
Xarici Paypal lazımdır ama xaricdə bank hesabın yoxdursa o pulu çəkəbilməyəcəksən və ya bir paypal açıb alışveriş üçün istifadə edə bilərsən ama blok oluna bilər mən 2 il əvvəl cyprus paypalı açmışdım hələdə işlədirəm bir problem olmayıb ama yenədə risk var bağlana bilər. Çalışın dost tanışdan tapın.

37nur (2019-01-07 13:42:52)
Təşəkkür cavaba görə. Mən belə anladım ki, mənə lazım olan xaricdə qeydiyyatdan keçilmiş PayPal lazımdı. Və sonra o PayPal'dakı olan pulu mən bank vasitəsi ilə çıxara biləcəm?

37nur (2019-01-07 13:39:27)
Allah razı olsun sizdən. İnşAllah yaxın zamanda əlaqə saxlayacam sizlə

Tamerlan Mammadov (2019-01-07 13:12:22)
salam, mən əvvəl satmışam Türk paypalı işləyən vaxtlarda öz adıma açmışdım ama pul gəlirdi ebayda mal satanda. Yəni problem olmaz başqasının paypalın əlavə edib satış edə bilərsiniz. Ebayda satış vergisi 10% dir deyəsən. Satdıqdan sonra malın faizin ödəməlisiniz, arada malı list edirsən biri alır ödəmir ondada faizə yazılır mal mütləq cancel edilməlidir ki onun faizi gəlməsin. Azərbycan paypalına pul gəlmir ona görə də satış eləmək olmur.

Orxan Mirili (2019-01-06 08:19:41)
Salam. Mənim aktiv olan eBay hesabım və hesaba ödəniş vasitəsi kimi əlavə olunmuş PayPal hesabım var. Yəni eBaydə mal alıb-sata bilirəm. İstəsən mənimlə buradan əlaqə saxlaya bilərsən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Həmkarlar üzvlüyü

ebayda ödəniş edə bilmirəm

Gömrük, prablemi

ebayda satıcı ilə əlaqə

Ebay dan aldığım mal gəlməyib və satıcı nahaq yerə məndən şikayət edib.

Adsensdən gələn pul bank hesabıma keçmədi