Redmi 6A Almaq İstəyirəm

Salam. Mən kontakt home saytından Xiaomi Redmi 6 A 32GB almaq istəyirəm. Ancaq almaqda bir az qorxum var. Çünki bu telefonu almaqda məqsədim, donmaması və mənim görəcəyim işləri rahatca etməsindədir. Mən Əvvəl J2 işlədirdim. Çox donurdu. İnstagrama 1 dəqiqə yarəma ancaq açırdı. İndi mən kontakt home saytında gördüm Xiaomi Redmi 6 A xoşuma gəldi. İndi bilmək istəyirəm ki, mən özüm donan telefondan qaçıram. Bu telefonu alıb donma kimi problemlərlə qarşılaşmayacağam ki? Yəni msamsung kimi 2 ildən sonra donma problemi olmayacaq? Əsasən alsam, içərisinə İnstagram Facebook yükləyəcəm. Ən çoxuda Youtube üçün kamerasından istifadə edəcəm. Almağa məsləhət vardır? Birdə mən yevlaxda qalıram. Kontakt Home alsam yevlağa göndərim edəcək? Etsədə necə gedib poçtdan götürəcəm yoxsa?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Maqa (2019-01-10 23:41:31)
Siz kontaktı görmüsüz onun üçün belədir, mən ümumilikdə yazmışam ki, problem dövlət səviyyəsindədir, indi yazacam bəlkə güləcəksiniz kontakt home mağazalar şəbəkəsi birbaşa dövlət tərəfindən idarə olunur, eyni zamanda 90 faiz elektronik mağazalar da həmçinin. çox şeyi uzun uzadı yazmaq yersiz olardı, amma ölkədə belə öz başınalıq edən o qədər şirkətlər var ki.

Audi (2019-01-10 16:42:55)
Nece yeni hamisi eyni postavshikden gelir? Eyni ve ya ferqli postavshikden else de, Kontakt faktiki olaraq defekt mallar satir. En cox da satdiqlari HTC markali telefonlarin 90%-nin ekranlari brak olur, 1 hefteden sonra siradan cixir. Meselen bir nefer aldigi telefonu 14 gun erzinde qaytarmaq isteyib, telefonu goturub aparib lezva ile ekranini ciziblar deyibler ekrani ciziqdi qaytara bilmerik. Men ozum Playstation4 almishdim, usta baxib dedi ki bu acilib ishledilib. Apardim deyishdirmeye, boyunlarina almadilar ki ishlenmishdi. Soydum eledim xeyri olmadi. Bunnan artiq ne deyim? Bunun dexli yoxdu A magazasi B magazasi ya da C magazasi. Men konkret Kontakti deyirem.

Software Developer (2019-01-10 14:38:57)
Tərifləməyimə dair bircə kəlmə göstərə bilərsinizmi? Mənim dediyim odur ki, aparatlar eyni postavşik ilə gəlir. Yəni bu mağaza içinə girib korlamır onu, hamıya eyni yerdən gəlir. Xidmət barədə isə yazdım ki, bəli. xidmət barədə, mağazalar arasında fərq olması mümkün haldır və məlum məsələdir. Kontakta gəldikdə isə, oradan 2800ə mal alıb razı qalan tanışım da var, 1000 və daha aşağı alıb razı qalan da - amma mən bu 2-3 tanışıma əsasən iddia etmirəm ki, Kontakt əla telefonlar satır - bu gülməli olardı. Təzə telefonlar hamısında eynidir.

Audi (2019-01-10 13:53:14)
Maqa, sistem bele deyil. Bashqa magazalari niye demirem? Mehz Kontakti deyirem.

Audi (2019-01-10 13:50:46)
Gorduyunuz kimi on yargili deyil yazdigim. Bir nefer de shikayetlenib. Siz terifleyirsizse yeqin tanishiniz orda ishleyir, ya aldiginiz mal tesadufen yaxshi cixib. Sadece ne var onu yazmisham, ozumun de bashima gelib. Yazmisham ki camaat aldanmasin. 10 dene eshaydan gozdrn perde asmaq ucun 2-3 denesi yaxshi cixa biler.

Maqa (2019-01-09 09:07:56)
İndi adi bir vətəndaş kimi məndə deyim sizə, 4-5 ədəd qohumum həmin adı çəkilən kontakt mağazasından toplamda 10 a yaxın mobil telefon alıb hətta özüm 2 dəfə olmaqla, elə bir rüsvayçılıqla üz üzə gəldim ki, artıq söz deyə bilmədim, həyasızcasına insanın üzünə dururlar ki, problem sizdədir bizdə deyil. Çünki sistem belədir və birbaşa dövlətlə əlaqəli olan mağazaların 90 faizi eyni vəziyyətdədir. Burada kimisə günahlandırmırıq, balıq başdan iylənər

Software Developer (2019-01-08 12:19:15)
Bu daha çox önyarğıdır, bir neçə problemli halın yadda qalıb həmişə belə olurmuşca yadda qalması. Əslində isə hamısına eyni yerdən gəlir, təchizat tamamilə eynidir. Ona görə də A mağazasında Xiaomilər və ya HTC-lər pisdir, B mağazasındakılar yaxşıdır demək tam yanlışdır. Pisdirsə o birilərdə də pisdir. Amma göstərilən xidmətin keyfiyyəti, zəmanət barədə necə davranmaları isə bəli, bu bir mağazada pis digərində yaxşı ola bilər

Audi (2019-01-08 01:58:36)
Hardan alirsiz alin, Kontakt Home-dan almayin. Defekt mallar satirlar. Shexsen tanidigim ve shexsen tanimadigim azi 10 nefer taniyiram ki, muxtelif markali (HTC, Xiaomi, Sony ve s) telefonlar aliblar, hamisini ekrani 1 aydan sonra xarab cixir. Duzeltdirmek isteyende de problem yaradirlar.

ahmed (2019-01-07 08:27:50)
Mən məsləhət görmürəm. Biz birin aldıq, sonra problem yaşadıq ekranı ilə, qaralır və reaksiya vermirdi. Apardıq servise (bir çətinliklə servis mərkəzin tapdıq) orda da elə üz göstərdilər, o qədər problem saydılar.

Emil- (2019-01-05 16:22:25)
Bele pis telefon deyil. Kamerasida pis deyil amma superde deyir. Donmasi olmur. Deyilene gore ekrani herden bir pis basilir (barmagin deymesine reaksiya). Bu telefonada baxin Huawei Y5 Prime (2018) kamerasini ve isini terifleyirler.

neo13 (2019-01-05 06:55:56)
2 il sonra da donmamasını istəyirsənsə minimum 3gb ramlı telefon al. Çünki facebook instagram youtubeyə yeniləmə/update gəldikcə daha ağır işləməyə və illər keçdikcə daha çox sistem resurs u istifadə etməyə başlıyır. Belə pis telefon deyil. Hazırda Problemsiz donmadan dediyin funksiyaları işlədə bilərsən. O ki qaldı kontakt homeinin yevlaxa telefon göndərməsinə, yaxşı olar özləriylə instagram və facebookdan əlaqə saxlıyıb bu barədə dəqiq məlumat alasan.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Cin versiya telefon(orijinal , podorijinal)

Aliexpress bazarlıq.

Redmi 3S-i necə “root” edə bilərəm?

Xiaomi Telefonu məsləhətlidirmi ?

Hansı telefonu almağı məsləhət görürsünüz?

Xiaomi Redmi 5 Plus Qeydiyyat