AWS-dən (Amazon Web Services) pulsuz verilmiş VPS üçün 1 illik vaxt bitdikdən sonra nə qədər pul ödəməliyəm?

Salam, Fevral ayından istifadə etdiyim AWS-dən (Amazon Web Services) pulsuz verilmiş (EC2) VPS üçün 1 illik vaxt bitdikdən sonra nə qədər pul ödəməliyəm? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2019-01-06 23:21:14)
Bunu heç kim deyə bilməz axı. Adı üstündə, cloud. Işlədilən qədər pul odenir. Ancaq billing bölməsindən baxa bilərsiniz. Pulsuz da olsa orada hesablanan məbləğlər yazılır. Tək bildiyim budur ki çox baha çıxır. AWS kimi xidmətlər yalnız boyuk işlərdə hədsiz sərfəli olur. Yəni məsələn adi serverdə ayda 50 min dollar pulu çıxan eyni şeyi amazonda məsələn 2 min ödəməklə həll edir . Amma kiçik işlər üçün olan virtual maşında filan digital oceanda zadda 20$a başa gələn server AWS-de rahat 150$ yazır aylıq.