Bankda faizə pul qoyan var?

salam, bankda faizə pul qoyan var? örgənmişəm banklardan aylıq və müddətin sonunda ödəyənlər var. Pul qoyan varsa deyə bilər ən yaxşı bank hansıdır mən unibanka güvənirəm nəsə axır vaxtlar mobil bankinglə gündəmdədirlər özümdə çoxdandır işlədirəm. Bizdə banklar bağlanır edir ona görə əmanət siğortasına falan baxdım prosda nəsə yenədə inanmagım gəlmir ki bank bağlansa indi 1 2 il sənəd dalıyca qaçam. Bilən varsa dəqiq yaza bilər? Bəs siz hansı banka puluvuzu əmanət edirsiz?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Maqa (2019-01-09 08:57:19)
Depozitləri banklar sığortalayır, sabahsı gün bağlansa da heç birr problem olmaz. Qeyd olunduğu kimi gecikmə olacaq bu da xeyli zaman sərfi deməkdir. Mənim kapital bankda depozitim var. 24 aylıq qoymuşdum. Əvvəllər sərf edirdi mən misal üçün 13 faizlə yerləşdirdim, ancaq hazırda həmin müddətə bank 7 faiz təklif edir. ama ən yüksək faiz verən banklar vtb və muğan bankdır, müssətdən asılı olaraq hətta 15 faiz belə ala bilərsiniz. Qaldı ki, müddətin sonunda almağı tövsiyyə edirəm sizə, çünki faizləri aylıq alarkən birinci növbədə 1 faiz aşağı olur. ikinci əldə etdiyiniz karta görə müvafiq olaraq bir müddətdən sonra vergi ödəyirsiniz

Tamerlan Mammadov (2019-01-09 07:18:32)
Albali debet karta arada verirler ama cox az 1 2 azn

Rustem444 (2019-01-08 13:20:47)
Unibank depet karta pul kocurende faiz gelir pulun üzerine bilmirsiz?

Tamerlan Mammadov (2019-01-07 13:30:27)
Çox sağol, onda güvənmək olar)

Software Developer (2019-01-07 13:24:20)
Əlbəttə ödəyirlər. Düzdür bank bağlanan kimi dərhal almaq istəyəndə basabas növbə olur, amma bir neçə həftə səbr edib sonra rahat almaq olur. İndiyədək bağlanan banklardakı bütün sığortalı əmanətlər problemsiz şəkildə qaytarılıb. Sığortasızların qaytarılmasıdır o uzun çəkən - məhkəmə bankın bütün filiallarına aid obyektləri, obyektlərdə olan əmlakları və.s. hər şeyi satışa çıxarır, o da satılandan sonra satışdan əldə olunan gəlir sığortasız əmanətlilələrə (30 mini aşan məbləğlərin 30 mindən artıq olan hissəsi) bölünərək qaytarılır. Bu da aylar, illər çəkə bilən uzun prosesdir. Amma dediiym kimi, sığortalı əmanətə bu aid deyil, sığortalı çox qısa müddətdə qaytarılır

Tamerlan Mammadov (2019-01-07 13:20:01)
Təşəkkürlər cavaba görə elə məndə bucür fikirləşdim başqa banklara qoymağı. Bəs görəsən o siğortalı məbləği ödəyirlər yoxsa adı yalandan siğortadır.

Software Developer (2019-01-07 13:13:54)
Konkret cavab vermək çətindir belə suala. Hansı ən yaxşıdır və.s. barədə. Hamısı 30 min manata qədər sığortalanıb. Pulunuz 30mindən çoxdursa hissələrə bölüb bir neçə banka yerləşdirə də bilərsiniz. Ümumiyyətlə tək bir banka yox, bir neçə banka qoymaq hər bir halda daha yaxşıdır. Ki siz deyən pis ehtimallar baş versə belə, qalan pullar əlinizdə olsun. Güvənli banklardan şəxsi fikrimcə, Bank Respublika, AzərTürkBank, Access Bank, Ziraat, Paşa Bank deyə bilərəm. Başqa güvənlilər də var. Ağlıma ilk gələn bunlar oldu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

bank kreditlərinin hesablanma qaydasi

Əmanət qoymaq üçün hansı bank sərfəlidir?

Faizlər cavabları

Vergi nece faizdir ?

1xbet saytından çıxarış etmək

SOCAR İstiqrazları haqqında nə bilirsiz? Almağa dəyər?