Meslehetli telefon

Salam. Mən yeni telefon almaq istəyirəm. Qiymeti max 600-800 azn e kimi. Bilmirem hansı meslehetlidi. Android versiyalı, çekilişi ela, isleme sureti yaxsı olan. Donması, tez tez problemi olmayan olsun. Yaddasi da normal olsun.Satışda o qədər telefon markasi var ki, bilmirsen hansı daha yaxşıdır. Ekserriyyeti 1-2 il normal işləyir. Ondan sonra mueyyen problemler ortaya cixir. Samsunglardan tez tez donmalari olur deye coxda beyenmirem o modelleri. LG necə modeldi? Hansi modeli daha yaxşıdır onun? Ayfon necə telefondu(6) bu gune kimi ancaq android isletmisem ios isletmediyim üçün dəqiq melumatim yoxdu. Coox xais edirəm bu barede tecrubeli sexsler ətraflı məlumat vererdiler..onceden təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

az-hosting (2019-01-18 20:47:29)
Xiaomi mi mix 2s Xiaomi mi 8 dual Honor 8x

E. Hacı (2019-01-18 11:54:56)
Seçimlər doğurdan da çoxdur. 1000+ azn olanda yaxşılar arasında seçim imkanı da çoxalır. 500-700 civarında isə telefon çox olsa da, hər cür qane edən telefon azdır. Ona görə də mənim fikrimcə aşağı qiymət seqmentində şəksiz lider Xiaomi-dir (500-1000 arası üçün Mi modelləri, 100-500 arası üçün Redmi modelləri) Məsələn məncə bu seqmentdə Mi A2 ən yaxşıdır, siz deyən qiymətdən də ucuzdur. Hardasa 550 azn filan olmalıdır 64GB versiya - 32GB isə 500 manata. Əla performansı var, metal korpusdur, kamerası da 2000 aznlik telefonlardakı kimi olmasa da, yenə də əladır. Təmiz Androiddir, heç bir əlavə qatqı yoxdur ƏS-də. Ona görə də donmadan işləyəcək, update-ləri hamıdan tez alacaq və.s.

Orxan (2019-01-18 04:00:13)
Salam. Bu smartphone'nu məsləhət görərdim.

Maqa (2019-01-17 22:10:50)
O qədər deyəndə əsas bazarda lider olan apple, samsung, xiaomi, huawei, oneplus bunlardır. Bunlar arasında seçimə gəldikdə isə. Apple və samsung bu qiymətə orta seqment təqdim edir. Ama çin brendləri bu qiymətə çox gözəl smartfonlar satırlar. Sırf smartfona gəldikdə isə mən şəxsən bir nömrə oneplus 6t modelini görürəm, qısa vaxtda yenisi də təqdim olunacaq, qiymətinə dəyən smartfondur deyə bilərəm

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon.com’dan telefon

Tethering zərərlidir?

Telefon bateriyaları

Poçtla elektrotexnika məhsulu sifarişi

windows phone exe

Elə bir smartfon proqramı varmı ki, cari temperaturu ölçsün?