Hal-hazırda “YouTube” Kanal’ından gəlir əldə etdikdə Azərbaycanda nə qədər Rüsum (Vergi) ödəməliyəm?

Salam, mən "YouTube" Kanal'ından gəlir əldə etdikdə Azərbaycanda nə qədər Rüsum (Vergi) ödəməliyəm? (Zəhmət olmasa cavabı tam dəqiq bilənlər qeyd etsinlər)

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

E. Hacı (2020-03-02 16:05:28)
düzdür. sosial özünüz üçün bir növ pensiya yığırsınız, bu pullar yığılır və yaşlananda pensiya kimi verilir. imtina etmək də olmaz, məcburidir

Ruslan Nazarov (2020-03-02 11:53:01)
Mən bu gün VÖEN açdırmağa getdim mənə dedilər, gələn gəlirdən 5% vergi və 62 manat sosial ödəməli olduğunu dedilər, bu düzdür? 5% vergi olduğunu bilirdim amma sosial verməli olduğumu heç eşitməmişdim.

E. Hacı (2019-01-26 12:03:41)
5% ödənməlidir, yuxarıda link də qoyublar vergilər nazirliyinin rəsmi cavabını. Fikrimcə, əslində bunu 2%-ə də yozmaq olar, qanunda bir az boşluq var bu məsələdə. 2% sadələşmiş bu şəxslərə aiddir: yalnız və yalnız ƏHALİYƏ xidmət göstərirsinizsə və ödənişi əhalidən alırsınızsa. Yox əgər isə ödəniş edən tərəf əhali deyilsə, şirkətdirsə, o halda 5% şamil olunur - boşluq olan tərəf isə budur ki, bu punktda deyilir ki, ödəyən tərəf VÖEN sahibi şirkətdirsə - ki Youtube Azərbaycan təmsilçiliyi yoxdur deyə pul birbaşa xaricdən gəlir deyə Youtube VÖEN sahibi deyil. Amma Youtube əhali də deyil, bu dəqiqdir. Məntiqlə 5% çıxır bu iki məsələni müqayisə edəndə - ki nazirlik də bunu deyib. Amma ən yaxşısı birbaşa zəng edib birdaha şəxsən dəqiqləşdirməkdir.

E. Hacı (2019-01-26 12:00:36)
Axı izah elədim yuxarıda. Mən 12-13 ildir ki bu işin içindəyəm və bütün banklarda necə olur il keçdikcə bu tip köçürmələr zamanı nələr dəyişir görürəm. Yoxdur elə bir bank. Bu individual məsələdir. Məsələn bank respublikada elə hesab var ki, illərdir ora pul gəlir, sakitcə, heç bir problem də olmur. elə hesab var ki, ilk aydaca blok edirlər və deyirlər gəlin vergi ödəyin. Siz nəzərdə tutduğunuz bankda da durum eynidir. Və tədricən bunlar aradan qalxacaq və hamısından vergi istəniləcək. Bir sözlə hansısa hesabdan vergi istəmirlərsə, buna güvənib davam etmək olmaz, müvəqqəti boşluq olduğunuzu unutmamalıdır pul qazanan tərəf.

Emil- (2019-01-25 19:51:23)
Youtubdan pul qazanmaq sirket vergisine aid deyil. 2019 da 2% guzest varsa yegin youtubada hemen vergi samil olunur.

Emil- (2019-01-25 19:49:16)
Var ele bank, niye yoxdur.Pul bir basa karta yatir hec bir sened, vergi istemeden.

Elton İsmayılov (2019-01-25 16:50:36)
Sadələşdirilmiş üçün indi Rüsum (Vergi) ödəməyim 5%-dir yoxsa 2% ? (YouTube Kanalı üçün yəni) 20% güzəşt hamı üçündür, birdə bu 20% güzəştin olması üçün nə edə bilərəm?

E. Hacı (2019-01-25 16:43:02)
Hansı bank istəmirsə bu qanunsuzdur və sadəcə işi bilməzlikdən istəmir. Yəni məsləhər görməzdim belə axtarışa çıxasınız. Elə bir bank yoxdur ki istəməsin, bu sırf bankda sizə xidmət edən işçiyə bağlıdır. Yəni elə bank var ki, bir işçisi istəyəcək bu sənədi və rüsumu, digər işçisi istəməyəcək. - Bu da müvəqqətidir və bu il ərzində artıq hamısı istəməyə başlayacaq.

Elton İsmayılov (2019-01-25 16:41:01)
Zəhmət olmasa qeyd edərdiniz hansı Banklar Vergi (Rüsum) istəmir? (Həmin Banka müraciət etmək istərdim)

E. Hacı (2019-01-25 16:40:51)
2019-dan qaydalar dəyişib. İndi 5% ödəməlisiniz. (əslində 20%-dir, güzəşt ilə 5% edir). Sadələşmiş isə 2%-dir indi, sadəcə sadələşmişdə ödəyən tərəf ƏHALİ olmalıdır, əhali deyilsə və ödəyən tərəf şirkətdirsə, o halda 5% ödənilməlidir və sadələşmiş olmur bu.

Elton İsmayılov (2019-01-25 16:39:22)
Mən "Facebook" ilə Vergilər Nazirliyi'ndən soruşdum mənə tamam fərqli cavab verdilər. (Aşağıda qeyd etdiyim keçid vasitəsi ilə baxa bilərsiniz) https://i.hizliresim.com/OvyEk0.jpg

Emil- (2019-01-25 16:26:16)
Xeyr. Tutaq 100$ aldiniz, onun 4% vergi odenilir. = 4$ Meblegden asili olmayaraq, 4% odenilir. Qazanc olmadigi aylar ucun vergi odenilmir. Yalniz qazanc olanda. Ele banklar var, hec vergini istemir.

Elton İsmayılov (2019-01-25 16:20:04)
4% Aylıq qazancdan kəsilir?

Emil- (2019-01-25 16:16:04)
Qazancin 4%

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

gömrük icazəsi almaq

Ali express

Ad seçimində kömək

Adsənsəden son aylarda kim pul çəkə bilib yazsin zəhmət olmasa

Online Alış-veriş

Umi Plus E telefon barədə məlumat