İMEİ və yaxud İP Kodnan backup etmək olurmu?

Qeyd edimki özümə şəxsi fayllarımı qaytarmağa lazımdı. belə üsul varmı??

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

SahlarNiftaliyev (2019-01-30 23:03:06)
Hacker demək sehrbaz demək deyil. Texniki olaraq mümkünsüzdür bu. İMEİ ilə edə bilinəcək tək şey yer müəyyən etməkdir ki, bunu da operatorlar vasitəsilə etmək mümkündür. Telefon itdikdə və s. Public ip ilə də yer müəyyən etmək mümkündür ki, bunu da dəqiq bilməyəcəksiz. Public ip dinamikdirsə dəyişir hər dəfə. İP sadəcə provayderin yerləşdiyi yeri göstərir (rayon və s.). Həmin vaxtda, həmin ip-ni hansı müştərinin aldığını internet provayderi müəyyən edə bilər ki, bu da ancaq cinayət işi, qanunsuz hallar aşkar edildikdə və s. mümkündür.

Ramazan (2019-01-30 22:10:52)
Cavaba gore cox sagol ..he mende deyil xakerlerde qaytara bilmez??

SahlarNiftaliyev (2019-01-28 21:44:10)
Belə bir şey nəzəri olaraq mümkün deyil. IMEI və ya ip bilməklə hər hansısa cihazdan restore etmək mümkün deyil. İP ümumiyyətlə telefona məxsus olmur, qoşulduğu şəbəkəyə görə local və public ip alır. İMEİ bilməklə də hansısa faylları restore etmək mümkün deyil. Çünki heç bir cloud və ya bənzəri servislər imei'ə görə backup etmir ki, ona görə də fayllarınızı əldə edəsiniz. Amma sualdan görünür ki, cihaz sizdə deyil və başqasının və ya itmiş cihazın fayllarını götürmək istəyirsiniz. Yox əgər cihaz sizdədirsə və çalışırsa, sadəcə fayllar silinibsə, bunun üçün tool'lar var. Əgər cihaz sizdədirsə və çalışmırsa, bu zaman emmc çipindən faylları bərpa etmək olar ki, bu da texniki məsələdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

windows.old backup

Windows Backup haqda

Bəzi İT terminlərin tərcüməsi

Iphone-da restore

Screen Rotation (“Albom” – “Kitab”) problemi

Telefonda silinen sekilleri geri qaytarmaq(backup)