Ubuntu 18.04 Version

Salam. Deməli belə, laptopda hazır Ubuntu 16.04 versiya var idi 18.04 yükləmək istədim amma install olduqdan sonra sistem donur heç bir şey etmək olmur. Bir neçə dəfə təkrar yüklədim eyni şey. Usb-yə iso və dd formatda yazdım yenə dəyişiklik olmadı eyni problem. Araşdırdım ask Ubuntu'da bir xeyri olmadı. Problem nədədir? Qarşılaşan olubmu bu cür halnan?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Orxan (2019-01-30 02:15:58)
Problemin nədən qaynaqlandığını anlamadım amma həll etdim. İndi normal işləyir.

E. Hacı (2019-01-29 08:49:51)
donma bir çox səbəblərdən ola bilər. install prosesini necə aparmağınızı da bilmirik. sadəcə dist upgrade komandası ilə etmək olardı məsələn. o zaman donma məsələsi filan olmamalıdır. və ya indi necə olubsa donubsa belə, konsol rejimdə və ya live usb ilə girərək loglara baxmaq olar ki problem nədir.

SahlarNiftaliyev (2019-01-29 02:02:13)
Laptop'da hazır ubuntu var idi yazmısız. Mən də soruşuram ki, laptop'da istifadə etdiyiniz əməliyyat sistemi ubuntudur yəni? Və yeniləmək istəyirsiz? Əgər belədirsə, usbyə gərək yoxdur. Tutorial Yox əgər windows istifadə edirsizsə və ubuntunu live olaraq istifadə edirsizsə, rufus ilə yazın. Mbr yoxsa gpt olaraq yazdığınıza baxın və s. Ubuntunun sonuncu versiyası 18.10-du. 18.04 LTS-dir. 16.04 LTS-dən update edirsizsə, updater-də for long-term support versions seçin.

Orxan (2019-01-29 00:40:02)
Verdiyim sualda qarışıqlıq nədir anlamadım? Anlaşıqlı dildə sualımı vermişəm sadəcə diqqətli oxumaq lazımdır. Sualımı sizə cümlə-cümlə hecalara ayıraraq anlatacamsa verəcəyiniz cavab 100-də 90 qaneedici olmayacaq.

SahlarNiftaliyev (2019-01-28 20:10:44)
Sual bir az qarışıqdır. Ubuntu Windows əməliyyat sisteminin yaddaşında image olaraq var və usbyə qurmaq istəyirsiz? Yoxsa əməliyyat sistemi olaraq Ubuntu istifadə edirsiniz və update etmək istəyirsiniz? Live usb olaraq istifadə edirsiz donur, yoxsa əməliyyat sisteminiz donur?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu 12.04 videokart problemi

Postfix və Sendmail-ə aid sual (Linux-da)

linux silmək

Ubuntu giriş şifrəsi qoymaq

Ubuntu Studio 14.04 və Ubuntu

Ubuntu Nar 3G+