cashback saytları necə qazanır?

cashback saytları necə qazanır? Yəni, cashback saytları niyə var? yəqin ki xeyriyyə məqsədi üçün deyil. Onlar hardan pul qazanır? niyə qazanır? necə qazanır? bilən varsa zəhmət olmasa desin. İndidən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

neo13 (2019-02-03 13:35:01)
AliExpress Amazon Ebay kimi böyük şirkətlərin marketinq büdcəsi böyük olur. Məsələn AliExpress də cashback saytları https://portals.aliexpress.com saytına üzv olur. Daha sonra özləri üçün sayt yaradıb api ilə istifadəçilərinə AliExpress dən aldığı komissiyadan daha az verib faizdən qazanırlar. AliExpress bütövlükdə bu pulu cashback saytlarına ödəyir. Yəni istifadəçilərə daha az pul verib AliExpressdən daha çox pul alırlar. AliExpress yeni istifadəçilər üçün alınan mala daha böyük komissiyasını ödəyir. köhnə istifadəçilərə də daimi müştərisinə çevirmək üçün kiçik komissiya ödəməyə razı olur. AliExpressdə bu pul hardandı deyə soruşursansa onlarda saticiların sattiğı hər maldan 8-15% komissiya tutur. Belə olan halda bu sistem həm AliExpressin həm cashback saytlarının həmdə müştərinin işinə gəlir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Boxca.com saytından qazanc

Badambura.az ilə bağlı

Google Adsense reklamları və Azərbaycan saytları…

Internetden qazanc vergisi

Şirkət Açmaq Vergi

vk.com-un video hostinginden qazanc