Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü?

Salam. Apple.com-dan daşıma şirkəti vasitəsilə iPhone almaq mümkündürmü? Bir ara eşitdiyimə görə Apple daşıma şirkətlərinə (ünvana) mal təhvil vermir. Gərək malın sahibi təhvil alsın. Məsələn Mover.az telefon gətirir. Mən Moverin ünvanına Apple.comdan sifariş etsəm görəsən təhvil verərlər ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Hasan0208 (2019-02-17 19:08:14)
təhvil alan şəxsin Həsən olmadığını görəndə bəs necə olacaq)

E. Hacı (2019-02-16 15:48:25)
adresi hansısa formada (fərqli sözlərlə, Camex sözünü filan yazmadan) yazıb, əsas poçt indexini və telefonu duzgün yazmaqla alan tanışlar olub. dəqiq necə yazdıqlarını təəssüf ki xatırlamıram. tək bildiyim o ki apple başa düşməsin deyə camex filan sözünü tam çıxarıb, adi vətəndaş ünvanı kimi daxil edirdilər eyni adresi

Hasan0208 (2019-02-16 12:20:04)
yəni həlli yoxdur bu məsələnin? sırf Apple.com üçün

neo13 (2019-02-14 23:49:07)
Bir çox amerikan saytları PO BOX forward address lərə mal göndərmir. Bildiyim qədəriylə PO Boxlara ancaq USPSlə işləyən saytlar mal göndərir. yəni amazon.com ebay kimi global saytlar.

Nicat97 (2019-02-12 22:03:36)
Daşınma şirkətləri bir sıra məhsulları, o cümlədən telefon gətirmirlər xaricdən.