Sayt’da hal-hazırda “Nar Home” (Fiber optik) internet provayderindən istifadə edən var?

Salam, hal-hazırda "Nar Home" (Fiber optik) internet provayderindən istifadə edən var? "Nar Home" (Fiber optik) internet provayderin İnternet Sürəti necədir, istifadə etməyə və həmin İnternet provayderə keçməyə dəyər?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Kamran (2019-07-25 12:37:38)
Provayderin adı Aktiv-ol olanda qoşulmuşdum, indiyədək istifadə edirəm. Müsbət tərəfi 1. Kəsinti, qırılma adətən olmur, sürət əladır. 2. Xidmət aylıq təklif olunur. Ay bitdi, sizdə evdə olmadınız, tətildə oldunuz. Xidmət haqqını ödədiyiniz gündən internet yenidən aktiv olur. 3. Köhnə müştərilərinə (mənim kimi) yüksək internet sürəti verirlər. (Mən 17 manata 10mbit ilə başlamışdım, Nar home Aktivolu alanda 15 elədilər, sonra bir neçə kompaniya ilə sürət 30 qədər olur. Bəzən 60mbitidə görmüşəm) Mənim üçün mənfi tərəfləri. 1. Daha yaxşı tarif cədvəli təklif edəbilərlər. 2. Xidmət haqqı bitdiyi gün ödəniş olunarsa bəzən gün boyu internet olmaya bilər. Ona görə birneçə gün əvvəl ödəniş etmək lazımdır.