“Alibaba.com” Veb saytından məhsul aldıqda Vergi (Rüsum) tutulur?

Salam, zəhmət olmasa aşağıdakı 2 sualı cavablandırardınız mümkünsə. 1. Mən "Alibaba.com" Veb saytından Elektrotexnika ilə bağlı olmayan məhsul almaq istəyirəm, məhsulu aldıqda hər hansısa bir Vergi (Rüsum) tutulacaq, əgər tutulacaqsa neçə % (faiz) tutulacaq? Təkcə 10-15 ədəd az məhsul alacam, yəni Sifarişim sayı tam 10-15 ədəd az olacaq. 2. Əgər Vergi (Rüsum) tutulacaqsa məhsulu hansı Karqo növü ilə Sifariş etsəm Vergi (Rüsum) tutulmaz? a) "Azərpoçt" b) "Camex, Aramex" Aşağıda Sifariş edəcəyəm məhsullardan bir neçəsini qeyd etdim zəhmət olmasa baxardınız. 1. https://bit.ly/2UPXr4s 2. https://bit.ly/2DtODtU 3. https://bit.ly/2GjB0Bn 4. https://bit.ly/2N40OlO

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elton İsmayılov (2019-02-11 19:40:04)
Təşəkkürlər

E. Hacı (2019-02-11 18:59:00)
3. Kiloqram məhdudiyyəti yoxdur normal məqbul, əllə daşına bilən çəkidən gedirsə söhbət. Yuxarı çəkilər üçün isə sadəcə olaraq poçta zəng edib asanlıqla istədiyiniz suala cavab alın. 4. Xeyr, ticari məqsəd olduqda 1000$ söhbəti tam bağlanır və 36% tətbiq edilir tam məbləğə. Yəni 72% heç bir halda olmur. Şəxsi məqsəd olanda 1000-dən artıq hissənin 36%-i, yox, ticari məqsəd olanda bütün məbləğin 36%-i.

Elton İsmayılov (2019-02-11 18:49:47)
#E. Hacı Qeyd etdiyim 3. və 4. suallarımı cavablandırardınız mümkünsə. (Bu sualları digər Qruplardan öyrənə bilməmişdim ona görə bura müraciət etdim, bu mövzu ilə bağlı son suallarımdır)

Elton İsmayılov (2019-02-11 17:25:35)
Cavabınız üçün çox sağolun. (Yuxarıda 3. və 4. sual kimi bu sualı verməyi unutdum, zəhmət olmasa cavablayardınız mümkünsə) 3. Mən həmin qeyd etdiyim "Alibaba.com" Veb saytdan Min və Max neçə KQ məhsul sifariş verə bilərəm "Azərpoçt" ilə? 4. Məhsulun dəyəri 1000$-dan yuxarı olduqda və bununla yanaşı ticari məqsədli olduqda onda cəmi 72% Rüsum tutulacaq?

E. Hacı (2019-02-11 16:26:29)
1. Hamsı bir yerdə 1000$dan aşağıdırsa, eyni maldan 2 ədəddən çox deyilsə, ticari məqsədli deyilsə, heç bir şey tutulmayacaq. Yox əgər bu şərtlərdən biri pozulursa və ya alınan mal aşkar olaraq bildirir ki, bu mal ticarət üçündür, o halda cəm dəyərin 36%i qədər rüsum tutulur. 2. elə bir şey yoxdur, hansı ilə gətirsəz də fərq etmir, eyni yerdə yoxlanışdan keçir hamısı. Nümunələrə gəldikdə - bunlar çoxu xırda xuruş şeylərdir deyə inanmıram ki sayı 10-15 olsa belə saxlayalar. Sadəcə bu ehtimaldır, saxlaya da bilərlər saxlamaya da. Bu yoxlayan şəxsin düşüncəsinə bağlıdır. Məntiq sadədir - məhsulun sayı və nə olduğuna baxır yoxlayan işçi, əgər ona məntiqli görünürsə ki bu sayda və bu növdə olan mal ticari məqsədlidir, saxlayır. Yox əgər şəxsi məqsədli hesab edirsə və ya çox ucuz şeydir hesab edirsə, o halda buraxır. Gün ərzində də minlərlə mal gəlir deyə, oturub üzərində baş sındırmır əlbəttə. Çevik baxıb qərar verilir ki, bu malı buraxaq yoxsa saxlayaq.