Kosmetika mağazası açmaq.(Online və Fiziki mağaza)

Salam əzizlərim. Mən hal-hazırda instagramdan kosmetika satışı etməkdəyəm (yeni başlamışam). Lakin gömrük orqanları əvvəl ya axır mallarımla bağlı saxlama qərarı verəcəklər. Mən Azərbaycanda tam qanuni şəkildə kosmetika satışı ilə məşğul olmaq istəyirəm. Həm online həm də fiziki mağaza. Bunun üçün hansı qurumlardan icazələr, lisenziyalar tələb olunur bilmək istəyirəm. Məhsulların üzərinə gömrük rüsumunu əlavə etdikdə məhsulun qiyməti həddən artıq çox olur. Kosmetika mağazası (kiçik mağaza və online mağaza (qanuni)) açmaq üçün nə etməliyəm? Yol göstərəbiləcək biri var mı? Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Gulshan177 (2019-02-23 23:16:21)
Cavab üçün təşəkkür edirəm. Orasını bilirəm əslində. 36% gömrük rüsumu ödəməliyəm düzdür mü? 36% gömrük rüsumu ödənilən zamanda da məhsulun qiyməti bazar qiymətindən qat-qat artıq başa gəlir. Bəs xüsusi lisenziya tələb olunur mu buna görə?

Maqa (2019-02-23 13:40:41)
Heç nə gömrük məhsulunuzu saxlayanda gedib dövlət rüsumunu ödəyib məhsulunuzu alacaqsınız ki, mən belə edirəm, Artıq işlər böyüdükdən sonra, normal olaraq aylıq gəliriniz olandan sonra vergi ödəyicisi kimi qeydiyyatdan keçib vergi ödəyə də bilərsiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sürücülük vəsiqəsi üçün dövlət rüsumu

Türkiyədən ayaqqabı almaq.

aliexpress izləmə

Turkiyədə işləmək

Telefon Gələn Telefon

Aliexpress