Local hostda qurduğum saytı hostingə daşımaq.

Salamlar. Localhosta sayt yaratmışam. İstifadə etdiklərim HTML, CSS, JavaScript, Php, MySql. İndi qalıb hosting və domen alıb saytı qurmaq. Qeydiyyat sistemini qurmuşam, Məqalə, Oxunma sayı, Ümumiyyətlə hər şeyi özüm qurmuşam. Təbii ki, panel də yaratmışam, amma panel o qədər də detallı deyil, ancaq xəbər əlavə etmə, user silmə, xəbər silmə kimi funksiyaları var. Ona görə də paneli şablondan istifadə edərək qurmaq fikrim var. Amma birinci dəfə host alıb sayt quracağım üçün, bilmirəm orda qarşıma nə çıxacaq. MySqli kopyalamalı olacam yoxsa yenidən tablolar yaratmaq məcburiyyətində qalacam. İnid localda panel qursam, həmin panel mənə orda lazım gələcək, yoxsa hosting verənin panelindən istifadə edəcəm. Çaşğınlıq burdadı. Bəlkə dizaynı localda qurmaq yaxşıdı, amma qalan şeylərisə hosting alandan sonra. Sizin məsləhətiniz nədir? Ümumiyyətlə bu prosses çətindirmi?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SahlarNiftaliyev (2019-02-14 02:10:19)
Əslində çox bəsitdir. Əvvəlcə localdakı faylları hər hansısa editorda (məs. Notepad++) aç hamısını. http://localhost/ ünvanını dəyişib, yenidomen.com (sənin domen) ilə əvəz et replace all əmri ilə. Urllər dəyişsin. Sonra localdakı faylları.zip faylına compress et. Sonra bu faylı aldığın hostingə daxil olaraq file managerdən və ya hansısa ftp proqramından istifadə edərək upload et. (Public_Html, www və ya htdocs olur adətən). Sonra oradakı .zip faylını extract et. Bundan sonra localdakı bazanı .sql faylına export et. Bunu da editorda aç və bütün urlləri dəyiş. Yeni hostun cpanelində mysql db və user yarat. Öz sql-də dəyiş. Phpmyadmindən import et.

Orxan (2019-02-14 00:38:24)
Salam. Aldığın hostingin admin panelinə girib orda localdakı səhifəni və upload etməlisən və ya ftp ünvanını Filezilla proqramına əlavə edib proqramdan birbaşa hostinqə upload edirsən. Bazanı da local bazadan export edib hostinqindəki phpmyadmin-ə daxil olub import etməlisən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

necə sayt yaradım

websitekurmavideoluanlatim.net almaq

Sayt nece qurulur meselen bakubiz.com kimi bir sayt

Hosting və domein almaq