Kompyüterin D diski özü özünə dolur.

Salam. Əyər mümkünddürsə, cavab yazardınız Kompuyüterin "D" diski, heçne yükləmədən, heçnə köçürmədən özü özünə, demək olar dolub qurtarıb. Bu nədən ola bilə və çıxış yolu nədi?? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

SahlarNiftaliyev (2019-02-19 21:14:05)
Bir neçə səbəb ola bilər. Birincisi, D diskində "System Restore Point" adlanan, mövcud sistemi backup edən funksiya (sistemdə problem olduqda geri qaytarmaq üçün), sistemi D diskinə backup edib və bu səbəbdən də D diski dolub. İkincisi virus düşmüş ola bilər. Show Hidden Files edərək D diskində olan gizli faylları görə bilərsiniz. Əvvəlcə System Restore Point'i disable edib, kompüteri söndürüb yandırın. Problem həll olmasa, D diskində sizə lazım olan faylları C diskinə və ya bir xarici diskə köçürün. D diski üzərində sağ düymə basın, format disk əmrini seçin, və NTFS olaraq format edin. Fayllarınızı D diskinə yenidən köçürün.