İnternet ayarları

Salam. Birinci dəfə Wi-Fi-ə daxil olanda belə bir şey gəlir : Bu yuxarda 3 dənə olan nədi ? Hansı seçilməlidi ? Birdəki aşağıdakına quş qoyulmalıdı yoxsa yox? Orda nə bildirilir ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elnur_87 (2019-02-18 19:13:35)
+1. Çoxsağolun. Minətdaram. Əla cavab idi. Tam olaraq başa düşdüm

SahlarNiftaliyev (2019-02-17 22:04:26)
Bu hər hansısa bir WiFi şəbəkəsinə ilk dəfə qoşulduqda gəlir. Birinci ev şəbəkəsi deməkdir. Bunu siz əsasən eviniz WiFi cihazına qoşulanda seçirsiz. Yəni mən buradaki bütün cihazları tanıyıram və güvənirəm. Bu səbəbdən də "Network Discovery" açıq olur. Yəni şəbəkədə olan hər kəsin cihazını görə, fayl transferi edə bilərsiz, eləcə də onlar sizi. HomeGroup yarada, hər hansısa bir diski (C:, D: və s.), hər hansısa bir cihazı (printer, skaner, səsucaldan və s.) və ya hər hansısa bir qovluğu şəbəkə üzrə paylaşa bilərsiz və digərləri də rahatlıqla istifadə edə bilər. İkinci seçim əsasən işlədiyiniz kiçik ofislərdə seçilir. Ev qrupu ilə çox da fərqi yoxdur. Üçüncü isə adətən pablik şəbəkələrdə seçmək lazımdır. Yəni əsasən hansısa kafenin, otelin, pulsuz olaraq paylaşılan WiFi şəbəkələrinə qoşulduqda seçmək üçüncür. Default olaraq Network Discovery bağlı olur, şəbəkə üzrə faylları paylaşan (hansı ki, onlar bu şəbəkəni public kimi seçməyib) cihazları, onların fayllarını və s. görmürsüz, onlar da sizin. Bu da adətən şəbəkə üzrə viruslu diskləri, qovluqları paylaşan cihazlardan qorunmaq üçündür. Bir də bunlardan başqa Domain Network var ki, ona qoşulduqda sizə belə seçim təklif edilmir. Bunlar adətən böyük şirkətlərdə, təşkilatlarda olur ki, bunu da onlar müəyyən edir. Birdəki aşağıdakına quş qoyulmalıdı yoxsa yox? Aşağıdakı isə sizə deyir ki, bundan sonra bütün yeni qoşulduğum şəbəkələrə Public şəbəkə kimi qeyd et və məndən soruşma. Əgər onu seçsəniz, indidən sonra hansısa yeni şəbəkəyə qoşulanda sizdən soruşmayacaq və avtomatik olaraq public wifi kimi yadda saxlayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wi-Fi əlaqəm birdən-birə kəsilir

PC-yə wi-fi qoşmaq

wifi,router,password

Wi-Fi

İPhone İOS 6 Wi-Fi problemi

Android telefonumla daxil olduğum Wi Fi haqqında necә mәlumat öyrәnә bilәrәm