Stpendiya hansı halda kəsile bilər

Salam mən orgenmek isdeyirdimki stpendiya hansı hallarda kesile bilər. Yeni mən semedtr imtahaninda 1fenden kesildim və kerditini odeyib yeniden imtahana girib kecmisem mənim stpendiyam kesile bilər?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

efsane001 (2019-02-22 21:21:30)
Teqaud dovlet sifarisi ile tehsil alan ve kesr olmayan telebelere verilir.eger smestr imtahanindan kesilirsinizse bu krediti odeye bilmediyiniz demekdir ki bu teqdirde teqaud de kesilir.25% le krediti odeyirsiz yeni kesrinizi yenede teqaud almirsiz.eger kesrinizi odemisizse novbeti smestrden kesrsiz kecdikde teqaud berpa olunur.

Nail Hesenov (2019-02-18 15:35:28)
Oldu cox sagolun xahis edirem nese bir melumat elde etsez deqiq zehmet olmasa yazarsiz.

SahlarNiftaliyev (2019-02-18 08:31:43)
Bəli, əgər siz semestr boyu tədris olunan hər hansısa bir fənndən kəsilib, onu 1/4 (25%) ödəməklə keçirsinizsə, bu ümumi orta göstərici nə olur-olsun, siz stipendjya almayacaqsınız deməkdir. Amma dediyim kimi, bu ay qaydaları dəyişiblər, daha dəqiqini öyrənəcəyik yəqin bugündən etibarən.

Nail Hesenov (2019-02-18 00:57:44)
Melumata gore cox sagolun. Yeni bilmek isdiyirdimki sirf 25%odedim deye stpendiyami kese bilerler? Cunki mene bele nelumat vermisdiler ki eger 25% yeni umumiyetle imtahandan kesilub tehsil krediti odeyrsense demeli stpendiya kesilir. Yeni bele birsey ola biler ne derecede dogrudur men kesirsiz kecmisemse imtahandan sirf kredit odmisem deye stpendiyami kesmekleri ne derecede dogrudur umumiyetle bele bir qanun varmi?

SahlarNiftaliyev (2019-02-17 21:37:31)
2016-cı ilə kimi qayda belə idi ki, yalnız dövlət sifarişi ilə oxuyan (ödənişsiz) tələbələrə stipendiya verilirdi. Və əgər dövlət sifarişi ilə oxuyan tələbə kəsilirdisə, onda stipendiya almırdı. Sonra qaydanı dəyişdilər. Belə ki, stipendiya veriləcək tələbələrin sayı dövlət sifarişi əsasında oxuyan tələbələrin sayı ilə müəyyən edilir, amma nəticələrə görə hesablanır. Yəni əgər patok üzrə 70 uşaq var və 30 uşaq dövlət sifarişi əsasında oxuyursa, bu o deməkdir ki, həmin patok üzrə ümumi orta göstəricisi ən yüksək olan ilk 30 uşaq stipendiya alacaq. Ödənişli və ya ödənişsiz fərq etməz. Yəni məsələn, sizin ortalama 90-dır və patok üzrə ilk 30 nəfərdə 91-dirsə, bu deməkdir ki, siz almayacaqsız. Amma kəsilən tələbələr almır stipendiya, 25% kəsrlə keçsə belə. Bu semestr qaydalar bir daha dəyişilib, amma xəbərlər tam anlaşılan deyil. Yeni semestr başlayanda tam olaraq anlaya biləcəyik. Görünən odur ki, veriləcək tələbələrin sayı dövlət sifarişli əsaslarla oxuyanların sayı ilə müəyyənləşməyəcək.

Maqa (2019-02-17 12:06:56)
Daha dəqiq dekanlığınızdan soruşun.