bir hostingdə bir-neçə saytın olması

Salam. bir hostingdə bir-neçə saytın olmağı təhlükəsizlik baxımından necədi? açığı mən özüm görmüşəm sayta şel atmaqla digər saytlara da necə sızılıq amma bir yoldaş var deyir təhlükəsizlik baxımından bir hostingdə bir neçə saytın olmağı önəmli deyil

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

muradbagiyev (2020-01-17 21:07:58)
Əgər serverin təhlükəsizliyi güclüdürsə, problem deyil. Zəifdirsə də, həll yolu bu deyil. Amma ayrı hostinqlərdə saxlamağın bir üstünlüyü var ki, serverin birində dayanma olanda saytlardan biri dayanır. Eyni hostinqdə olanda, serverdə problem olan kimi ikisi də dayanacq.

az-hosting (2019-02-25 18:12:56)
Eyni hesabda olması təbii ki, təhlükəli ola bilər. Məs, digır bir saytda boşluq var və ftp yə müdaxilə edilirsə bu zaman bütün məlumatlar silinir hostinqdə.

webman (2019-02-25 12:57:55)
Elvin bəy, mən elə bir cpaneldə ayrı-ayrı papkalar açıb saytları yerləşdirməyi nəzərdə tuturdum, çünki o yoldaşdan bir saytın FTP-sin istədim o isə vermə bilməyəcəyini dedi səbəb kimi isə FTP-də başqa saytlarının da olması imiş. Mən bir saytın FTP-sini istəyirdəm o biriləri yox amma adamın dediyindən belə çıxdı ki, bir cpanelə yığıb hamsını

E. Hacı (2019-02-25 10:18:31)
Bunu hosting təqdim edən tərəf düşünür. Virtuallaşdırma sayəsində shared hostinqlərin birinin o birinə təsir imkanı olmur. Ona görə də shell atmir nə atır atsın, bir shared hostinqə bulaşmış bir zərərli proqrmaın yetərincə yetkisi olmadığına görə zərər vura biləcəyi yer ancaq həmin account ilə məhdudlaşır. Yox əgər siz bir shared hostinq alıb eyni cpaneldə ayrı ayrı papkalar yaradıb bir neçə sayt qurmağı deyirsinizsə, o halda əlbəttə, birinə düşən o birilərə də zərər vura bilər asanlıqla. Bütün hostinqə təsir imkanı olan zərərli proqramlar isə serverin özünə sızanlar olur, belə hallarla keyfiyyətsiz hosterlərdə qarşılaşmaq olur - serverləri yaxşı qorunmur, serverə nəsə bulaşır və super user səlahiyyəti əldə edir deyə o serverdə yerləşən bütün hostinqlərə təsir edə bilir - amma bu artıq ayrı problemdir, sizin sualınıza aid deyil.

webman (2019-02-25 08:58:24)
necə önəmli olmaya bilər ki bir sayta şel atıb girməyi bacaran o birlərinə də barmaq edə bilər?

Hasan0208 (2019-02-23 19:38:06)
Önəmli deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hostinqdə traffik barədə sual

Hosting web deploy

Daha yaxşı Hosting

vk.com-un video hostinginden qazanc

WordPress ilə elan saytı qurmaq

Hostinq – almaq istəyirəm, məsləhət verərdiniz