Mobil cihazlarda şəkil ölçüsü necə təyin edilir?

Salam! Demək müxtəlif şəkillər var. Hamısının eni 920 px, hündürlükləri fərqlidir. Mobil cihazda normal görünməsi üçün width: 100% yazıram bu zaman şəkilin eni normal olsa da hündürlüyü qaçır. Nəticə belə olur width: 100%, height: 320px (müsal üçün). Şəkillərin normal görünməsi üçün necə hesablama tətbiq edə bilərəm ki poroporsional böyüsün?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2019-02-27 14:07:27)
Yox. En üçün yazsanız asılı olacaq digər css rule-lardan və aləm dəyə bilər bir-birinə. width faizlə verin, height isə auto. Və ya daha detallı həll üçün @media query-lər ilə hər ölçüdə ekranlar üçün ayrı CSS yazın. 500 pixeldən aşağı üçün bir, 768-dən aşağı üçün 1, HD-lər üçün 1, Full HD və daha yuxarılar üçün də bir CSS @media.

Ramazan (2019-02-27 12:34:50)
550+550 px lə 1920 1080 versəniz şəkil əzilər. Eni hündürlüyü eyni olana .Standart ölçü versəniz şəkil əzilir Mən proqramnan edirəm Photo resizer göy ikon proqramda 50 100 kimi şəkli birdəfəyə böyüdür kiçildir özüdə keyfiyetli

NatiqMemmedov (2019-02-27 11:37:35)
Autonu en üçün də yaza bilərəm? normal görünməsi üçün. yoxsa 100% qalsın?

E. Hacı (2019-02-27 11:34:23)
height: auto;