Saytıma Youtube videoları qoysam adsense reklam verərmi?

Saytıma youtube linkləri vermək istəyrəm qorxuram bitdən copy kimi gedər adsense qəbul eləməz .məsləhətdimi görürsünüzmü?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ramazan (2019-03-04 19:16:37)
Mənə məsləhətli 1000 2000 videoluq server linki ata bilərsənmi zəhmət olmasa .godaddy və yaxud hosgator -dan ümmiyətlə serverlərin aylıq qiyməti neçiyə olur? Hostingdən biraz anlayışım var amma serverdən anlayışım heç yoxdu.Bəli sayta dəhşət həvəsim var 1 ci montaj.2 ci saytdı sayt funksiyalarıdı dehşət sevirəm..yox elədə xoşum gəlmir hazır şeylər işlədim özüm 3d stock videolar hazırlayıram shutterstockada satıram dedim biraz saytımnan link vererdim satılmasına,Birazda adam yığıb adsenseye qoşmaq istəyrəm saytımı

E. Hacı (2019-03-04 18:49:12)
saytiniza video qoymaq deyirisnizsə, bunun üçün güclü serveriniz olmalıdır, ucuz serverə çoxlu video qoysanız, hostinq sahibi blok edəcək hesabınızı. Elə bir ucuz hostinq yoxdur ki videoların öhdəsindən effektiv gəlsin. Sərf etməz onlara. videonu youtube-a qoymalısınız. yox hər bir halda öz saytıma qoyacam deyirsinizsə, əlbəttə adsense blok edə bilər + hostinq sahibi də müəllif hüququ ilə bağlı ilk şikayət gələn kimi blok edər bütün saytınızı. Görünən qədərilə bu sahədə yenisiniz və həvəslisiniz. Və ucuz, asan və zəhmətsiz yol axtarırsınız - bir xırda məsləhəti nəzərinizdə tutun: ELƏ BİR YOL MÖVCUD DEYİL. ZƏHMƏTLİ YOL AXTARIN. Özünüz düşünün, internet uzun illərdir ki var, və sizin son suallarda verdiyiniz metodlar milyonlarla insanın ağlına gəlmiş şeylərdir - mümkün olsaydı hamı edərdi. Məncə bu yanaşmanı dəyişin, onsuz da boşuna gedəcək bütün əziyyətiniz. Pul insanlara nəsə təqdim etməyin qarşılığında gəlir - və bu təqdim etmə zamanı başqalarının da hüquqları tapdanmamalıdır ki, şikayət etməsinlər və hesabınız hamısı batmasın.

Ramazan (2019-03-04 13:58:11)
Mən yazıda biraz düz qeyd elemedim.link deyəndə youtubda video necə göstərirsə saytımada helə qoymaq isteyrem .tək videonun özü ümumi youtubu yox belə olsa adsense saytımda reklam verərmi?1000 yaxın video qoymaq planlaşdırmışam..mətn deyəndə mətn videoyaya uyğunmu olmalıdı?

E. Hacı (2019-03-04 11:36:53)
Video barədə hər hansı problem yoxdur. Əsas odur mətn düzgün və unikal olsun. Video qoymağa youtube özü icazə verir və bunun reklam göstərilməsi baxımdan heç bir təhlükəsi yoxdur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Clickbank haqqında

Bloqlarda reklam

mən youtobedə necə kanal aça bilərəm,

Sumqayıtda vakansiya

AZ9095, Teyinat poçtu gozlemeden

Ölkə daxili azərpoçt tarifləri haqqında məlumat almaq istəyirəm