Məşhur Proqramlar Saatlardan Errorsuz Necə İşləyir?

Mən 1 ara sayt sifariş vermişdim Elan saytında görmüşdüm elanını.nəsə saytı hazır olanda 1 2 günən sonra errorlar başladı error erroraydı daha bezmişdim Soruşanda deyirdilər Codlar qaçır Problem Codadı . Elə bunan sual yarandı mənə 3D max after effect illərdən İşlədirsən error vermir Codlama dediymiz bu məşhur proqramların arxa planındadı ama maraqlıdı niyə kodu qaçmır problemsiz işləyir??Mən gün ərzində 15 saat after eeffect ishledirem qəşşəydə işləyir errorssuz)bu proqramların xüsisi yerimi var?nəzarət olunan?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ramazan (2019-03-11 16:20:26)
Cox sagol

Software Developer (2019-03-11 10:50:34)
Cavab çox sadədir. Keyfiyyətli iş görən var, keyfiyyətsiz iş görən var. Keyfiyyətsiz iş görənlərin bir çoxu sahə haqqı elementar bilikləri olmayan şəxslərdir, pul qazanmaq üçün özləri də baş açmadıqları şeyləri düz qoş edib yola verirlər. Peşəkar olan şəxs isə nə düzəltdiyini, necə düzəltdiyini bilir deyə sonra problem də çıxmır. Xüsusi halda, kodların qaçması söhbəti isə yalandır, elə bir anlayış mövcud deyil. Kod heç yerə qaçmamalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sayt yaratmaq

Proqramist olmaq üçün hansı ixtisası seçim?

Python üçün kitaba ehtiyacım var.