Paypal Pul Çıxartma (Nəğdləşdirmə)

Salam. Mən öz PayPal hesabımdan pulu çıxarda bilmirəm. Tanıdığınız, pulu cüzi komissiya ilə nəğdləşdirəbiləcəyim biri və ya bir yer var? Hər ay bir miqdar pul nəğdləşdiriləcək.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

az-hosting (2019-03-20 00:51:28)
salam, Aylıq nə qədər məbləğ olur? Siz bizim xarici hesaba transfer edeceksiz pulu , biz də qarşılığında sizə AZN lə ödəniş edəcik.

E. Hacı (2019-03-16 14:24:51)
Mümkün deyil o da. Azərbaycan userləri pul accept edə bilmir, siz onların hesabına ata bilməyəcəksiniz. Bunu etmələri üçün gərək hamısı özlərinə fake ölkə göstərib qeydiyyaatdan keçə, kiçik tranzaksiyalarda ərazini təsdiq etmədən işləyir deyə pulu sizdən bəlkə qəbul edə bilə, o da bloka düşməsə. Ona görə də bu da mümkün deyil

rmAZ (2019-03-16 13:23:51)
:) Yazdığımı yaxşı oxusanız nə demək istədiyimi anlayardınız. Bəzi insanlara PayPal-dan pul xərcləmək lazım olur, onlara öz PayPal vəsaitimi onların qazanc sağlayacağı formada komissiya ilə atım hesablarına, onlar da mənə nəğd pul ödəsinlər.

Bymemor (2019-03-16 00:19:41)
Salam. Təəssüf ki, Azərbaycanda PayPal vəsaitini nəğdləşdirmək mümkün deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay – paypal ödənişdə error

Ebay, Adsense Adres

Paypalda pulun geri qəbulu

Plastik kartdan pul çıxartdım

AZN hesablı kartla PayPal-da qeydiyyatdan keçmək mümkündürmü?

Paypalda disputa cavab verilməsə kimin xeyrinə həll olunacaq