VTB Bank rekvizitləri necə doldurmaq lazımdır?

Salam, Adsense-dən pul çəkməliyəm. VTB-də hesab açıb pulumu ora çəkmisəm, lakin hansısa səbəbə pul yerinə oturmayıb. Adsense deyir ki, "Transaction declined". Bank isə deyir ki, biz imtina etməmişik, bizə ödəmə gəlməyib. Fikirləşirəm bəlkə rekvizitləri səhv doldurmuşam. Bankla əlaqə saxladım, lakin adicə rekvizitləri doldurmaq barədə belə məlumatları limitlidir. Müştəri xidməti bərbaddır bir sözlə. Burada Adsense pullarını VTB-dən çəkən istifadəçilər var. Zəhmət olmazsa rekvizitləri düzgün doldurduğumu təsdiqləyə bilərsiniz? Qeyd edim ki, adlar şərtidir. Beneficiary ID: boş saxlamışam Name on bank account: əslində adım rekvizitlərdə Şamil Hümbətov Orxan oğlu olsa da Google AZ hərflərini qəbul etmədiyindən sadəcə Humbatov Shamil yazdım. VİSA kartın üstündə yazıldığı kimi. Bank name: OJSC VTB Bank (Azerbaijan) SWIFT BIC: bura 100% düzdür. 8 hərfli/rəqəmli kodu yazmışam. IBAN: bura isə AZ ilə başlayan Acc.No. yazmışam. Intermediary bank: boş saxlamışam. FFC/FBO: boş saxlamışam. Əslində rekvizitlərdə intermediary bank haqqında məlumatlar var, amma google qeyd edib ki intermediary bank ancaq ABŞ-da yerləşə bilər onun üçün boş saxladım.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2019-03-16 13:03:26)
Məhz VTB-ni bilənlər yazar, amma 4-5 başqa bankdan çəkən tanıdıqlarım hamısı intermediary banka ya avstriya ya da US bankı yazıblar.

gero91 (2019-03-15 23:24:03)
Həm də saytda intermediary bank üçün "optional" yazılıb, onun üçün boş buraxmışdım. Bir dəfə də siz deyən kimi yoxlayaram, təşəkkürlər. Yenə də, burada pulunu VTB-dən çəkən insanlar necə doldurur maraqlıdır mənim üçün, onlar da rəy bildirsələr xoş olar.

E. Hacı (2019-03-15 23:21:19)
Google elə deyir bəli, amma ən azından nə veriblərsə onu yazmaq lazım, boş qoymaq işin başdan bəri alınmamasını təmin etməkdir.

gero91 (2019-03-15 23:05:23)
Rekvizitlərimi çap edib veriblər, ona baxıb doldurmuşam. Intermediary bank-a gəldikdə isə: rekvizitlərdə qeyd olunan intermediary bank Rusiya-da yerləşir, amma Adsense PS qeyd olunub ki: "If your wire transfer is going through an intermediary bank, it must be based in the United States." Onun üçün də intermediary bank qeyd etmədim. Hesab isə USD valyutası ilədir.

E. Hacı (2019-03-15 23:01:36)
Çox güman ki siz səhv doldurmusunuz. Intermediary bank - bu boş olarsa pul gəlməz. Banka heç nə demədən, ordakı işçiləri çaşdırmadan sadəcə demək lazımdır ki, mənim hesab rekvizitimi çap edib verin - o çap vərəqdə bütün detallar yazacaq - bu standart bir şeydir. Adətən Euro ilə gələndə Intermediary bank Avstriya bankı olur, USD ilə gələndə Amerika bankı. Valyuta - pul USD ilə gəlirsə hesab da mütləq USD olmalıdır, və ya euro ilə gələrsə euro.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gomrukle bagli sual.

Wish.com-dan alis-veris

Soyuducunun açarını bərpa etmək

Gömrük Malımı Vermir

Aliexpress mənşə sertifikatı

17track