Cümlə Qura Və Təhlil edə bilmirəm

O vaxtlar Müellim oxuyun deyəndə Biz sinifdə Bir birimizə yumru kağız atırdıq və dərsə marağım heç yoxuydu.Savadsızlıq Böhranı mənə dəydi 3il fəhlə işləyəndən sonra sıxıldım Gözümü açdım internete və ordakı tutoriallara qoşuldum.Montajı normal öyrəndim və sayt açmaq qərarına gəldim saytdada adsenseyə görə yazılar copya olmamalıdı məndə Heç cümlə qura bilmirəm.Sözü Təhlil edə bilmirəm .adamlar var bir sadə sözü Saatlardan məntiqnən elədə danışırlar bilməzsən sözlər hardan ağlına gəlir məndə elə olmaq istəyrəm necə və nəyi oxuyub elə ola bilirəm?ətraflı yazsaydız çox sevinərdim .

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ramazan (2019-03-21 09:14:55)
Cox sagol

yeezy (2019-03-21 00:26:21)
yuxarıda yazılmış cavaba tam olaraq qatılıram. ən yaxşı kömək olacaq şey oxumaqdı. ilk başda sadəcə marağınız olan mövzularda kitablar və bloqlar oxuyun. sonra daha dərin kitablara yönələ bilərsiz. fəlsəfi kitabların bir çoxunu özüm başa düşməkdə çətinlik çəkirəm məsələn. siz oxuduqca avtomatik olaraq beyninizə yazılacaq hər şey - harda hansı sözü işlətməli, harda nöqtə qoyulur, harda vergül. söz lüğətiniz genişlənəcək, genişləndikcə özünüzü daha rahat ifadə edəcəksiz. yazdığınız bu yazı isə həqiqətən də düşündüyünüz kimi pis deyil. təki hamı öyrənmək istəyə sizin kimi təhlil etmək söhbəti də, yuxarıda yazıldığı kimi boş şeydi. heç kimə bir xeyri yoxdu

Ramazan (2019-03-19 23:13:17)
Sagol

Web Saytlar Yaradılması (2019-03-19 23:08:59)
Ancaq heç də pis yazmamısız :) Daha da gücləndirmək üçün kitab oxuyun. Cümlə təhlil etməyə gərək yoxdur. Siz nəysə yazarkən nəyin təyin, nəyin zərflik olduğunu düşünməli olmayacaqsız. Misal üçün, özünüzə/işinizə yararlı olacaq veb saytlar haqqında bloqumuzu oxuyun: Daha gözəl fikirlər, daha gözəl cümlələr üçün mütləq kitablar oxumalısız. Mövzunu isə özünüz seçin: yaxşı olar ki, amraq dairənizdə olsun və paralel olaraq nələrisə öyrənəsiz. Uğurlar!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məntiq sullar

Proqramlaşdırmada Məntiq anlayışı

Məntiq sualı

Məntiq sualına kömək lazımdır

Proqramlaşdırma məntiqi