Paypal hesabı üçün şirkət qurmaq

Salam.Mən xarici bloglarda paypal hesabı haqqında oxumuşam.Deyilənə görə paypal hesabı açmağın ən etibarlı bəvə rahat yolu xaricdə(Us,gürcüstan) şirkət açmaqdır.Doğrudu bu?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

r.cebrayilov (2019-03-19 22:55:30)
Bəs siz frilans işlər üçün hansı ödəmə sistemini məsləhət görürsüz?

E. Hacı (2019-03-19 22:41:34)
Oxumaq başqa etmək başqa. Siz yəqin Atlas Stripe şirkətini deyirsiniz. Amerikada illik 500$ müqabilində şirkət xidməti. Amma o vergilər və.s. digər tip çıxacaq xərclər daxil deyil, üstəlik hər biznesə hə demirlər, ciddi yoxlama prosesləri var. Mən dediyim xərc ümumi qaba hesabdır, hansı ki bütün xərcləri görər. Təbii ki, daha az da çıxa bilər, ölkəyə və hansı şirkətlə anlaşmaya baxır

r.cebrayilov (2019-03-19 21:58:45)
Mən oxuduğuma görə illik 500$ çıxır xərc

E. Hacı (2019-03-19 21:00:22)
Bəli, doğrudur. Şirkət adına açdıqda ondan sonra o hesabı Azərbaycandan da heç bir bloka düşmə, ləğv edilmə təhlükəsi olmadan da idarə etmək olur. Sadəcə burada digər əmma odur ki, ciddi biznes deyilsə bu çox sərfəsizdir, çünki xaricdə şirkət açmaq və aktiv tutmaq əməllicə xərc tələb edən şeydir. Daimi mühasibat xərci, vergilər, virtual və ya real ofis qeydiyyatı və kirayəsi, bəzi hallarda lazım olacaq (ildə 1-2 dəfə) hüquqi sənədin həlli üçün müəyyən xərclər və.s. Ən aşağı yerindən illik 1500-2500$ xərci gözə almaq lazımdır. Biznes normal gəlirli biznes olarsa bu xərc önəmli sayılmaz əlbəttə. Amma kiçik solo və ya frilans işlər üçün bu məbləğ əlbəttə ki sərfəsiz olar.