Bu cür Mobil telefonu “IMEI qeydiyyat sistemi”nə salmaq lazımdır?

Salam. Marka: Huawei Model: G730-U10 Mobil telefon 2-li SIM Kart'lı (Duos) versiyadadır. Mobil telefonda hər 2 SIM Kart'dan istifadə ediləcək. Mobil telefon Xaricdən Sifariş ilə gətirilmə deyil, Bakı'dan alınıb. Mobil telefonda Plata (Anakart) hissəsi dəyişdirilmədən əvvəl "IMEI qeydiyyat sistemi"nə salınmışdır. 1. Qeyd etdiyim Marka və Modelin mobil telefonda Plata (Anakart) hissəsini dəyişdirdikdə, həmin Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmaq lazımdır tam dəqiq? Qeyd: Mobil telefon üçün Platanı (Anakart) Xarici Shopping Veb saytı olan "AliExpress.com" saytından Sifariş edəcəm. Ölkə kimi Plata (Anakart) Çin'dən gələcək Bakı'ya. Xaricdən Sifariş olunan Plata (Anakart) 2. əldir. (İşlənmiş formadadır) 2. Əgər Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmalıyamsa 2-li SIM Kart üçün cəmi neçə AZN ödəniş etməliyəm? (Zəhmət olmasa, mümkünsə hər 2 sualı cavablandırardınız)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elton İsmayılov (2019-03-20 21:46:29)
Çox sağolun, təşəkkürlər.

E. Hacı (2019-03-20 21:23:58)
Yox, heç bir fərqi yoxdur. Əvvələr idi o, nömrə başına 5 AZN. Indi isə sim kart sayı fərq etmir, qiymət eyni qalır

Elton İsmayılov (2019-03-20 21:03:01)
Hamısını anladım. Bir sözdə soruşacam, Tək SIM Kart’lı versiya Mobil telefon ilə 2-li SIM Kart’lı (Duos) aralarında Qeydiyyat Rüsum fərqi var yoxsa xeyr? (Zəhmət olmasa cavablandırardınız)

E. Hacı (2019-03-20 20:05:06)
Bəli, salmaq lazım olacaq. Iki kartlı artıq qiymətə təsir etmir. Imei.az-da o modeli tapıb qeydiyyat qiymətini öyrənə bilərsiniz. Və yaxud gedib nazirliyə müraciət də edə bilərsiniz ki, bu təmirdir, yeni telefon deyil. Bəlkə baxalar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AliExpress – Telefon IMEI

Telefonun imei kodunu xarab etmək

myphone`dan gələn telefon Azərbaycanda işləmir

İmei qeyddiyat sistemi

IMEI-i uyğun olan blok olunmuş telefonu aktiv etmək

Mobil cihazın Online qeydiyyatı ?