Poçtnan Pul Və Mesajnan Kontur Götürsəm Şər Atarlarmı üstümə

Mən Facebookdakı Elan qruplarınan nəsə satıb və ya konpyuterdən nəsə düzəldib sifariş qəbul eləsəm Üstümə Şər atarlarmı ki Pulumu verdim sifarişi Göndərmədi belə şeyə nəsə üsul varmı ki şərr atsa Sübut edim polisə.Bakıda Görüşmə yolunan sifariş qəbul edirəm. amma rayonlara qorxuram nəsə problem olar deyə nə məsləhət göürürsüz? //Qeyd edimki.Mən Elanan sifarişi düzəldəcəm Məsəlüçün loqo və yaxud Slideshow müştəriyə göndərəcəm vhatsappdan pulunuda ya deyəcəm konturnan yada poçtnan Pulu göndərsin deyəcəm bunda ilişib qalmışam.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ramazan (2019-03-22 13:03:18)
Ətraflı Cavaba Görə Çox sağol

Software Developer (2019-03-22 11:20:41)
Bu fərdi insani məsələdir axı. Sizi aldada da bilərlər, aldatmaya da. Baxır qarşı tərəfin dürüstlüyünə. Prosesi belə edə bilərsiniz: 1. Sifarişi alırsınız. 2. İcra edirsiniz. 3. Hazır olan variantı müştəriyə göndərirsiniz. - bu zaman elə bir şey tətbiq etməlisiniz ki, müştəri məhsulun hazır olduğunu görsün, amma siz göndərən şey istifadəyə yararlı bir şey olmasın. Məsələn logo-dursa watermark qoyursunuz. Slideshow-dursa ekranın videosunu çəkirsiniz screencast proqramı ilə, bu çəkim zamanı da slideshow-nun hazır olduğunu nümayiş etdirisiniz. sonra da videonu müştəriyə göndərirsiniz. 4. Müştəri əmin olandan sonra ki, məhsulu hazırdır, sizə ödəniş edir. 5. Siz də əsas faylları göndərirsiniz müştəriyə. Vəssalam, nə şiş yanır nə kabab. Heç kim sizdən şikayət edə bilməz bu mövzuda. Müştəri ilə yazışmaları da silməyin, saxlayın, əgər çox şübhəcilsinizsə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Onlayn məhsul alışı zamanı ödənişlər.

Rusiyada necə bank resabı aça bilərəm?

kargom catmadı

Sifarisim İmport gömrüyündə saxlanılıb, səbəb: İnvoys tələblərə uyğun deyil

Aliexpress de beyenname nece olur?

Ebaydan geri qaytarilmis pul